KAUR (kosmik platforma)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
KAUR-4 bazasında yaradılmış KA-nın vektor rəsmi

KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KАUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq.

KAUR-1

1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu. Əvvəlcə peykin təcrübəvi hesab edilməsinə baxmayaraq yüksək xarakteristik sistemlər hesabına o istismara verildi. Daha sonra "Tsiklon" kosmik aparatı aşağıdakı xarakteristikaya sahib olan KAUR-1 təyinatı əldə edən müxtəlif təyinatlı bir sıra unikifikasiya edilmiş aparatların əsası olduː

  • yeni oriyentasiyalı günəş batareyaları (GB);
  • Günəş batareyalarının termostatik nəzarət çərçivəsi və termotənzimləyici sistemlərin radiatoru;
  • motor sisteminin olmaması;
  • oriyentasiyanın tək tərəfli maqnit-qravitasiya sistemi (КА 11F621-də oriyetasiya sistemi mövcud deyil);
  • çəkisi: 800–1000 kq.

"Tsiklon"da KA ailəsindən savayı"Körfəz" navİqiasiya əlaqəli KA ailəsi, KА "Sfera", həmçinin də İonesfer stansiyası" tədqiqat peyki və suborbital "Yüksəklik zondu" aparatı.

15 may, 1967-ci il tarixindən (Kosmos-158) 27 iyul, 1978-ci il tarixinədək (Kosmos-1027) "Tsiklon" və "Körfəz" ailəsi sisteminə cəmi 25 buraxılış olub, "Sfera" sisteminə Kosmos-203-dən (20.02.1968) başlayaraq Kosmos-1067-dək (26.12.1978) 18 KA buraxılıb.

KAUR-1 platformasının bazasında КА-nın buraxılışlarının siyahısı
Adı İndeks İstismar illəri Buraxılış miqdarı (uğurlu olanları) Çəkisi, kq Qabaritlər, m Gücü, kVt Ayırma vasiələri Təyinatı
"Tsiklon"[1] 11F617 1967–1972 11[2][3] 800 3 х 2,04 0,21 RN "Kosmos-3M" Eksperimental naviqasiyalı rabitə sistemi
"Körfəz"[4] 11F617 1973–1978 15(14)[2][5] 800 3 х 2,04 0,21 RN "Kosmos-3M" "Tsiklon" naviqasion sistemlərin sınaq variantı
"Sfera"[6] 11F621 1968–1978 18(17) 750 3 х 2,04 0,1 RN "Kosmos-3M" geodeziya, kartoqrafiya
"Tsiklon-B", "Parus"[7] 11F627 1967–2010 99(94) 800 3 х 2,04 0,21 RN "Kosmos-3M" hərbi əlaqə, naviqasiya
Tsikada[8] 11F643 1976–1995 20(20) 800 3 х 2,04 0,21 RN "Kosmos-3M" "Tsiklon" sistemlərinin mülki variantı

KAUR-2

İldırım — 1 peyki

KAUR-2 kosmik platformanın əsasında inşa edilmiş, ötən əsrin 60-cı illərinin ortalarında planlaşdırılmasına başlanılmışdır və aşağıdakı xarakteristikaya sahib idiː

  • üçölçülü oriyentasiya sistemi;
  • termotənzimləyici aktiv qaz-maye sistemi;
  • çəkisi 1500–1700 kq;
  • gücü — 1300 Vt;
  • nəzərdə tutulan xidmət müddətiː 1 il;
  • orbitdə qabarit ölçüləri — 4,4×8,2×8,2 m;

Bu platformada ilk seriyası orbitə 1964-cü ildə buraxılan "İldırım" peyk seriyası inşa edilmişdir.

KAUR 2 platforması bazasında KA buraxılışlarının siyahısı
Adları İndeksləri İstismar illəri Buraxılış miqdarı (uğurlu) Çəkisi, kq Qabaritləri, m Gücü, kVt
İldırım −1+ 11F67 / 11F658 1967–1983 56 (52) 1600 4,4×8,20 0,46
İldırım −1T 11F658Т 1983–2004 37 (37) 1656 4,4×8,20 0,93
İldırım — 2 11F628 1971–1977 19 (17) 1700 4,4×8,20 0,96
İldırım — 3 11F637 1974–2003 54(52) 1740 4,4×8,20 1
İldırım — 3K 2001–2005 2(1) 1740 4,4×8,20 1,47

İstinadlar

  1. "Циклон". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.
  2. 1 2 "Военные ИСЗ". 44 ракетный полк. 2010-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.10.2010.
  3. "Zaliv". Gunter's Space Page. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
  4. "Новый «Парус» над планетой". Журнал «Новости Космонавтики» № 10, 1999 г. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
  5. "Zaliv". Gunter's Space Page. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2011.
  6. "Сфера". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.
  7. "Parus". Encyclopedia Astronautica. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2010.
  8. "Цикада". ОАО Информационные спутниковые системы имени академика М.Ф. Решетнёва. 2012-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.10.2010.