Kamarq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamarq xəritəsi

Kamarq (fr. Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi[1]. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir.

Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür:

  • Kiçik Kamarq (fr. Petite Camargue): Kiçik Rondan qərbdə;
  • Plan du Bourg (fr. Plan du Bourg): Böyük Rondan şərqdə;
  • Böyük Kamarq — iki qol arasındakı sahə.

Maraqlı fakt

  • Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
  • Kamarq atı — Kamarq bölgəsində yaşayan yarım vəhşi at cinsi.

İstinadlar

  1. "Camargue". Ramsar Sites Information Service. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2018.