Kamarq (fr.Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi[1]. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir.
Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür:
Kiçik Kamarq (fr.Petite Camargue): Kiçik Rondan qərbdə;
Plan du Bourg (fr.Plan du Bourg): Böyük Rondan şərqdə;
Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
Kamarq atı — Kamarq bölgəsində yaşayan yarım vəhşi at cinsi.