Kamil Akimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamil Akimov
bayraq
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri
bayraq2
28 iyun 1971 – 21 yanvar 1980
ƏvvəlkiMəmmədağa Məmmədov
SonrakıNamiqkamal Əliyev
bayraq
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini
bayraq2
1967 – 1971
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyul 1927(1927-07-11)
Doğum yeri
Vəfat tarixi 19 iyun 2019(2019-06-19) (91 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Kamil Əlisoltan oğlu Akimov (Həkimov) (11 iyul 1927, Petropavlovka, Salyan qəzası19 iyun 2019, Bakı) — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi.[1]

Həyatı

Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb[2]. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib[1].

Əmək fəaliyyəti

  • Kamil Akimov, 1962-ci ildə zavodun baş mühəndisini müavini;
  • 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini;
  • 1964–1967-ci illərdə Bakı Neft Emalı Zavodunun direktoru;
  • 1967–1970-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini;
  • 1970–1980-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi naziri vəzifələrində çalışmışdır.
  • 1980-ci ildə II çağırışda Ali Sovetin deputatı seçilib.

O, ayrı-ayrı illərdə İraqdaKubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb[1].

Mükafatları

Vəfatı

2019-cu il iyunun 16-da Bakı şəhərində vəfat etmişdir[5].

İstinadlar

  1. 1 2 3 "Azərbaycanın əməkdar mühəndisi Kamil Akimov". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.
  2. Nəsillərə örnək ömür [ölü keçid]
  3. Avropada və Asiyada neft-qaz təmayüllü ilk texniki ali təhsil müəssisəsi. Bakı, "Çaşıoğlu", 2010, s.399
  4. "Şamaxı ensiklpediyası". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  5. "Azərbaycanın tanınmış mühəndisi". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-19.