Məmmədağa Məmmədov

Məmmədağa Əhməd oğlu Məmmədov (30 may 1926, Bakı23 yanvar 1971, Bakı) — Azərbaycan-sovet kimyaçısı, texnoloq və dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1967–1971).

Məmmədağa Məmmədov
bayraq
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri
bayraq2
17 aprel 1967 – 23 yanvar 1971
ƏvvəlkiRüstəm İsmayılov
SonrakıKamil Həkimov
bayraq
Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini
bayraq2
1965 – 1967
NazirRüstəm İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 30 may 1926(1926-05-30)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1971(1971-01-23) (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya ÜİK(b)P (1946)
Fəaliyyəti kimyaçı, dövlət xadimi
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi (1967)

Təltifləri "Lenin" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar ixtiraçısı" fəxri adı — 1960 3-cü dərəcəli "Stalin" mükafatı — 1951

Məmmədağa Məmmədov 1926-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. 1943-cü ildə məktəbi bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji fakültəsinə daxil olmuşdur, burada oxumaqla paralel olaraq istehsalat sahəsində də işləmişdir. 1949-cu ildə ali təhsilini bitirdikdən sonra Sov.İKP XXII qurultayı adına Bakı neftayırma zavoduna operator göndərilmiş, burada qurğu rəisi vəzifəsinə yüksəlmiş, sonralar isə ÜİK(b)P Mərkəzi Komitəsinin partiya təşkilatçısı — Azərbaycanın iri neftayırma müəssisəsinin partiya komitəsi katibi vəzifəsinə irəli çəkilmişdir.[1]

1955–1959-cu illərdə Məmmədağa Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft sənayesi şöbəsi müdirinin müavini,[1] 1959–1961-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Neft Zavodları Birliyinin baş mühəndisi və rəis müavini, 1961–1965-ci illərdə isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Neft Emalı və Kimya Sənayesi İdarəsinin rəisi, 1965–1967-ci illərdə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi nazirinin birinci müavini, 1967–1971-ci illərdə isə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri olmuşdur.[2]

Məmmədağa Məmmədov sürtkü yağları üçün aşqarlar texnologiyasının hazırlanmasında və istehsalatın təşkili işində fəaliyyət göstərmiş, bu sahəyə dair bir sıra elmi əsərlərin müəllifi olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti olmuş, 1967-ci ildə isə texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.[1]

1946-cı ildən Sov.İKP üzvü olan Məmmədağa Məmmədov dəfələrlə Bakı şəhər və Şaumyan rayon partiya komitələrinin üzvü və Bakı Sovetinin deputatı seçilmişdir.[1] O, 1961–1963-cü illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[3]

Məmmədağa Məmmədov 23 yanvar 1971-ci ildə Bakıda vəfat etmişdir.[2][4]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 М. Ә. Мәммәдов // Коммунист. № 21 (14626). 26 јанвар 1971-ҹи ил. С. 3.
  2. 1 2 3 4 Мәммәдов Мәммәдаға Әһмәд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 502.
  3. Mamedov, Mamed Aga Ahkmedogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 384.
  4. Məmmədov Məmmədağa Əhməd oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 152.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]