Karabidlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Karabidlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Karabidlər
Beynəlxalq elmi adı

Karabidlər (lat. Carabidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.

Xarici quruluşu

Əsasən xırda böcəklər olub, yalnız bəzi növləri 50–65 mm-ə çatır. Bığcıqları sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici tipdə olub, yaxşı inkişaf etmişdir. Ayaqları yeriş və ya qaçış tipindədir. Bədən formaları kimi rəngləri də həddən artıq müxtəlifdir. Daha çox qara rəngdə olsalar da, bir çox nümayəndələri, xüsusən karabidCalasoma cinslərinin növləri parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyidir.[3]

Həyat tərzi

Bunlar meşə döşənəyi və ya torpağın üst qatı ilə bağlı olub, bir qayda olaraq, gecə həyat tərzi keçirən tipik quru sakinləridir. Gündüzlər daşların altında və başqa sığınacaqlarda gizlənirlər. Fəsilənin nümayəndələrinin çoxu müxtəlif onurğasız cücülər, onların sürfələri, molyuskalar, soxulcanlar və s. ilə qidalanan yırtıcılardır. Ancaq bəzi növlər heyvani qida ilə yanaşı, bitki yemindən də istifadə edir. Onların arasında sırf bitkiyeyən növlər də vardır ki, bunların da bəziləri təhlükəli kənd təsərrüfatı ziyanvericiləridir (taxıl böcəyi). Səhralardan tutmuş dəniz səviyyəsindən 5 min m hündürlüyə qədər müxtəlifotlu biotoplarda yaşayırlar. Ayrı-ayrı növləri isə hətta suda yaşamağa uyğunlaşmışdır.[3]

Yayılması

Dünyada 25000, MDB-də 2300, Azərbaycanda 300 növü məlumdur.

Təsnifatı

İstinadlar

Həmçinin bax