Kipr türk milliyətçiliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kipr türk milliyətçiliyiŞimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini dəstəkləyən etnik milliyətçilik. İdeologiyanın əsasları daha çox ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır, eyni zamanda yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır. "Taksim"in məqsədi – Kipr adasının türk və yunan hissələrinə bölünməsi Kipr türk milliyətçiləri arasında geniş yayılmışdır. Buna baxmayaraq, onların xeyli hissəsi Türkiyənin Kipri ilhaq etməsini arzulayır.[1][2]

Tarixi

1911-ci ildə adanın hər yerində Kipr türkləri tərəfindən enozisə qarşı 3 mitinq təşkil edilmişdir. Bu mitinqlər XX əsrdə Kipr türk milliyətçiliyinin ilk böyük hadisəsi və Kipr türklərinin enozisə qarşı ilk təşkil etdiyi aksiya idi.[3] 1920-ci illər daha sərt etnik-dini bölmələr baxımından kritik bir onillik olmuşdur. Adada qalan Kipr türkləri kamalçı inqilabın təsiri ilə yavaş-yavaş Türkiyə milliyətçiliyi ideologiyasını mənimsəmişdilər.[4]

20 iyul 1974-cü ildə Yunanıstan xuntasının adanı Yunanıstanla birləşdirmək məqsədilə prezident Makarios əleyhinə dövlət çevrilişindən sonra Türkiyə adaya hücum əməliyyatı keçirmişdir. "Attila-2" kod adı altında həyata keçirilmiş ikinci əməliyyat 1974-cü il avqustun 14-dən 18-dək baş tutmuşdur.

İstinadlar

  1. Xypolia, Ilia. British Imperialism and Turkish Nationalism in Cyprus, 1923-1939 : divide, define and rule. London: Routledge. 2017.
  2. Kyris, George. The Europeanisation of Contested Statehood: The EU in Northern Cyprus. Routledge. 2016. 30–1. ISBN 978-1317032748. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28. The rise of Turkish nationalism among the Turkish Cypriots can be largely seen as a response to the Greek Cypriot national "awakening" and campaign for union with Greece.
  3. "KIBRIS". users.metu.edu.tr. 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
  4. Xypolia, Ilia. British imperialism and Turkish nationalism in Cyprus, 1923-1939 : divide, define and rule (Paperback). Abingdon, Oxon. ISBN 0-367-34890-X. OCLC 1106094476.