OCLC

OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldcat- dünya kataloq sistemi fəaliyyət göstərir. 6 iyul 1967-ci ildə mənfəət götürməyən Ohayo kollecinin Kitabxana Mərkəzi olaraq qurulmuşdur.[7] 170 ölkədə və ərazidə 72.000-dən çox kitabxana, kitabxana materiallarını axtarmaq, əldə etmək, kataloqlaşdırmaq, borc almaq və qorumaq üçün OCLC xidmətlərindən istifadə edir.[8] Təşkilat Fred Kilqur tərəfindən təsis edilmiş və mərkəzi Dublin, Ohayo, ABŞ-də yerləşir.

OCLC
Online Computer Library Center, Inc.
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi 501(c)(3) təşkilatı[d][1][2]
Sənaye informasiya texnologiyaları
Təsis tarixi təq. 5 iyul 1967[3][4][…]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 455.088.071 $ (2022)[6]
Ümumi gəliri
  • 187.471.975 $ (2022)[6]
Rəhbərlik
Təsisçi
oclc.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

OCLC biblioqrafik, annotasiya və tam mətnli məlumat əldə etmək imkanı verir.

OCLC və üzv kitabxanalar birlikdə dünyanın ən böyük onlayn ictimai giriş kataloqu (OPAC) olan WorldCat — OCLC Onlayn Birlik Kataloqunu yaradır və qoruyurlar. WorldCat dünyanın hər yerindəki dövlət və özəl kitabxanalardan qeydlər aparır. Open WorldCat proqramı kitabxanalara aid materialları İnternet axtarış motorları, biblioqrafik və kitab satış saytları vasitəsilə əldə edilə bilən WorldCat OCLC verilənlər bazasına yazır. 2005-ci ilin oktyabrında OCLC-nin texniki heyəti, oxuculara hər hansı bir WorldCat girişi ilə əlaqəli şərhlər və strukturlaşdırılmış məlumat sahələri əlavə etməyə imkan verən bir wiki layihəsi başlatdı.

OCLC, mərkəzi ABŞ, Pensilvaniya ştatının, Betlehem şəhərində yerləşən OCLC Qoruma Xidmət Mərkəzi adlanan mikrofilm qoruma və rəqəmsallaşdırma mərkəzi fəaliyyət göstərirdi. Mərkəz 2009-cu ildə Backstage Library Works-ə satılmışdır.

Onlayn məlumat bazası

[redaktə | mənbəni redaktə et]

OCLC kitabxanaçıları və ictimaiyyət tərəfindən istifadə olunan bir kataloqlaşdırma və axtarış verilənlər bazasına malikdir. Mövcud kompüter proqramı Connexion, 2001-ci ildə xidmətə girdi və geliştiricisi OCLC Passport, 2005-ci ilin mayında dayandırıldı.

Verilənlər bazasında, OCLC-dən bir kataloqlaşdırma vasitəsi kimi istifadə edən dünyanın hər yerindəki kitabxana kataloquların istifadə etdiyi MAchine Readable Cataloging (MARC, MAchine Readable Cataloging) formatında qeydlər var. MARC formatında yaradılan qeydlər daha sonra yerli kitabxana kataloqu sistemlərinə yüklənir. Bu, kitabxanalara material məlumatlarını tapmaq və yükləmək və hər bir materialı ayrı-ayrılıqda kataloqlaşdırmaq üçün uzun müddət olmadan yerli kataloqu əlavə etmək imkanı verir.

  1. Nonprofit Explorer: Research Tax-Exempt Organizations.
  2. 1 2 Charity Navigator (ing.). 2001.
  3. Thomson Reuters Open Perm ID. Thomson Reuters.
  4. OpenCorporates (ing.). 2010.
  5. Google Maps. 2005.
  6. 1 2 Nonprofit Explorer: Research Tax-Exempt Organizations.
  7. "IDEALS, Initial system design for the Ohio College Library Center: A case history". 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  8. "OCLC renames European division" (ingilis). Business First of Columbus. 2012-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-09.