Konfutsi İnstitutu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Konfutsi İnstitutu Kanadada

Konfutsi İnstitutu (çin. 孔子学院) — Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı[1]; xaricdə Çin dilinin yayılması üçün Çin mədəniyyət və təhsil mərkəzidir.[2] Mərkəzi iqamətgahı Xanban adlanır.[3]

Tarixi

İlk dəfə 2004-cü ildə yaradılmışdır. Belə ki, həmin vaxt ilk Konfutsi İnstitutu Koreya Respublikasının paytaxtı Seulda açılıb.[2]

2012-ci ildə dünyanın 96 ölkə və regionunda 328 Konfutsi İnstitutu fəaliyyət göstərirdi.[4]

Missiyası

Konfutsi İnstitutunun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir.[2]

"Çin dili körpüsü"

Konfutsi İnstitutunun qərargahı Xanban tərəfindən bütün dünya məktəblilərinin Çin dili üzrə "Çin dili körpüsü" adlı müsabiqəsi keçirilir.[3] Bu müsabiqə Çin dili üzrə təşkil olunmuş əhəmiyyətli beynəlxalq yarışdır.[3] 2008-ci ildən başlayaraq 2015-ci ilə kimi 8 belə müsabiqə uğurla keçirilib.[3] Finalda iştirak etmək üçün dünyanın 50 ölkəsindən 900 nəfərdən çox şagird dəvət olunub.[3] Xarici ölkələrdə seçmə turun iştirakçılarının sayı 20 min nəfərdən çox olub.[3]

Həmçinin bax

İstinadlar

  1. Sahlins, Marshall. "China U." The Nation. October 29, 2013. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2014.
  2. 1 2 3 Bakıda Konfutsi İnstitutu açılıb (FOTO) Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine. trend.az, 22.04.2011  (az.)
  3. 1 2 3 4 5 6 BDU-nun nəzdindəki Konfutsi İnstitutunda seçmə turu başa çatıb [ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 20.06.2015, № 22.  (az.)
  4. Hüseynbala Mirələmov. Çində möhtəşəm 10 gün Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. 525.az, 24.01.2012  (az.)

Xarici keçidlər