Konstantin Belyavski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Konstantin Belyavski Yakovleviç
rus. Константин Яковлевич Белявский
Kutaisi quberniyası general-qubernatoru
17 aprel 1847 – 1851
Əvvəlkivəzifə təsis edilib
SonrakıAleksandr Qaqarin
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Sankt-Peterburq, Rusiya imperiyası
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Xidmət illəri 1817-1857
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü piyada qoşun
Rəhbərlik edib 24-cü Sibir alayı, 15-ci piyada diviziyasının 1-ci briqadası, 15-ci piyada diviziyasının 2-ci briqadası, 2-ci piyada diviziyası, 18-ci piyada diviziyası
Rütbəsi general-leytenant

Konstantin Yakovleviç Belyavski (rus. Константин Яковлевич Белявский ;d. 1802 — ö. 30.10.1857, Sankt-Peterburq, Rusiya imperiyası) — Rus generalı. Qafqaz və Krım müharibələrinin iştirakçısı

Həyatı

Konstantin Belyavski, 1802-ci ildə Vilenski quberniyasında zadəgan ailəsində anadan olmuşdur. 1817-ci ilin yanvarın 8-də kiçik gizir rütbəsi ilə Pavlov alayında xidmətə başladı. 1821-ci ilin iyulun 13-də poruşik rütbəsi ilə Volın alayına köçürüldü və 1827-ci ildə kapitan rütbəsi ilə təltif edildi.

1831-ci ildə Polşa qiyamının yatırılmasında iştirak edən Semyonov alayında fərqləndiyinə görə polkovnik rütbəsi ilə təltif edildi. 1832-ci ildə Volın alayına geri qaytarılır. 1837-ci ildə Sibir yeger alayının komandiri təyin edilir. 1840-cı ildə həmin alayda general-mayor rütbəsi ilə təltif edilir. 1840-cı ildə 15-ci diviziyanın 1-ci briqadasının komandiri, bir il sonra isə 2-ci briqadanın komandiri təyin edilir.

1844-cü ildə ÇeçenistanDağıstana edilən yürüşlərdə iştirak etdi. 1845-ci ildə Qafqaz Əlahiddə Korpusunun baş komandanı təyin edilir və Çeçenistana ikinci yürüş edilir. 1847-ci ildə yeni təsis edilimiş Kutaisi quberniyasının general-qubernatoru təyin edilir. 1849-cu ildə general-leytenant rütbəsi ilə təltif edilir və bir il sonra 2-ci piyada diviziyasının komandiri təyin edilir. 1853-cü ildə Osmanlı imperiyası ilə müharibədə iştirak edən 18-ci piyada diviziyasının komandiri təyin edilir. 1854-cü ildə xəstəliklə əlaqədar təqdim etdiyi ərizə ilə ordu sıralarından çıxardılır.

1857-ci ilin 30 oktyabr tarixində Sankt-Peterburq şəhərində vəfat edir.

Rütbələri

Mükafatları

Həmçinin bax

İstinadlar

  1. Кавказцы или Подвиги и жизнь замечательных лиц, действовавших на Кавказе. СПб. 1857г.