Kutaisi quberniyası

Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi.

Kutaisi quberniyası
rus. Кутаисская губерния
Gerb
Gerb

42°15′00″ şm. e. 42°42′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Kutaisi
Tarixi və coğrafiyası
Yaradılıb 1846
Ləğv edilib 1917
Sahəsi
  • 25.941,8 kvadrat verst
Əhalisi
Əhalisi
  • 914.000 nəf.
Rəsmi dili Gürcü, Erməni, Türk
Kutaisi quberniyası xəritədə
Kutaisi quberniyası xəritədə
Ardıcıllıq
← Gürcüstan-İmeretiya quberniyası Zaqafqaziya Demokratik Federativ Respublikası →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır.

1883-cü ildə Suxumi, ArtvinBatumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi.

1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.

Kutaisi quberniyası Qara dənizin cənub-şərq sahilində, Rioni və Çorox çaylarının hövzəsi boyunca, Qafqazın cənub-qərbində yerləşir.

İnzibati tərkibi

[redaktə | mənbəni redaktə et]

Kutaisi quberniyası 7 rayon və 3 bölgədən ibarət idi:

İdarəçiləri

[redaktə | mənbəni redaktə et]

Hərbi qubernatorları

[redaktə | mənbəni redaktə et]
Ad soyad Titulu Tarix
Konstantin Yakovleviç Belyavski general-mayor 17 aprel 1847 - 1851
Aleksandr İvanoviç Qaqarin knyaz, general-mayor 1851-1853
İvan Konstantinoviç Baqration-Muxranski knyaz, general-mayor 1853-1856
Georgi Romanoviç Eristov knyaz, general-leytenant, general-qubernator 1856-1860
Nikolay Petroviç Kolyubakin general-leytenant 1860-1863
Dimitri İvanoviç Svyatopolk-Mirski knyaz, general-leytenant, general-qubernator 1863-1866
Vladimir Vasileviç Levaşov qraf, general-mayor 1867-1878

Qubernatorları

[redaktə | mənbəni redaktə et]
Ad soyad Titul Tarix
Nikolay Aqafonoviç İvanov polkovnik 1858-1861
Aleksandr Stefanoviç Aqolin Xalq Şurasının üzvü 1861-1866
Nikolay Yasonoviç Malafeev Xalq Şurasının üzvü 1866-1883

Hərbi qubernatorları

[redaktə | mənbəni redaktə et]
Ad soyad Titul Tarix
Aleksey Mixailoviç Smekalov general-mayor 1 iyul 1883 - 11 fevral 1887
Aleksandr İqnasiyeviç Qrosman general-mayor 11 mart 1887 - 1 dekabr 1890
Mixail Yakovleviç Şalikov general-leytenant 22 dekabr 1890 - 30 may 1898
Fyodor Konstantinoviç Qerşelman general-mayor 19 iyul 1898 - 21 aprel 1901
Aleksey Alekseyeviç Smaqin polkovnik 20 oktyabr 1901 - 1 may 1905
Adam İvanoniç Slavaçinski general-mayor 28 noyabr 1907 - 1914
Lev Vladimiroviç Potulov Xalq Şurası üzvü 28 noyabr 1907 - 1914
Aleksandr Vasilyeviç Qudoviç qraf 1914 - 1916