Kontinent Şelfi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kontinent Şelfi (rus. континентальный шельф, ing. continental shelf) — materik dayazlığı-materikin sualtı kənarlarının düzənlik zolağı, eni dəyişkəndir (bir neçə km-dən 1200–1500 km-dək). K.ş qurunun sahilinə bitişik olub, onunla eyni geoloji quruluşda olması ilə səciyyələnir. Materik dayazlığının kənarı (qaşı) müxtəlif dərinlikdə yerləşə bilər: 50–100 m-dən 200 m-ə qədər, bəzi hallarda isə 1500–2000 m-ə qədər çatır (mis: Oxot dənizinin Cənubi Kuril çökəkliyində). Şelf daxilində neft, qaz və digər faydalı qazıntı yataqları yerləşir.[1]

Həmçinin bax

İstinadlar

  1. Kontinent Şelfi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 146. ISBN 978-9952-453-14-0.