Korqazak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Korqazak
başq. Ҡорғаҙаҡ
Ölkə  Başqırdıstan
DSR[ru] yoxdur dəyər yoxdur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Korqazak (başq. Ҡорғаҙаҡ) — mirneral mənbə, bulaq, Yuryuzan çayının sağ qolu. Mənbə Karatau silsiləsindən başlayır. Başqırdıstan Respublikası, Salavat rayonu, «Yanqantau» istirahət düşərgəsindən 3 km cənubda, Komsomol kəndi yaxınlığında yerləşir. Mənbə respublika əhəmiyyətli «Yanqantau» yasaqlığı ərazisindədir (1980). Mənbənin ətarf əraziləri Yanqantau kurortunun 1-ci sanitar zonasına daxil olan şam-ağcaqayın ağacları ilə örtülmüşdür.

Adı

Adının mənası başqırd dilində ҡор (ədəbi dildə ҡур) — «güç», «qüvvət» və qədim başqırdca ғаҙаҡ — «çay»[1]. Digər fərziyəyə görə is ҡор (ҡоро) — «quru», «quruyan və qədimbaşqırdca ғаҙаҡ — «çay»[2] anlamını daşıyır

Özəllikləri

Debit — 100—125 l/san. Bir neçə güclü qrifon şəklində yüksələn mənbə tektonik zəifləmiş zona boyunca 600-800 metr dərinlikdən yerin səthinə gəlir və əsas ion kompozisiyası "Naftusya" kimi sulara yaxındır. "Hidrokarbonat maqnezium-kalsium" suyuna daxildir. İstənilən vaxt suyunun temperatur sabit qalır (+ 16 ° ± 0,5 °C).

Kimyavi tərkib

Alkalin reaksiya — рН 7,3.

Minerallaşma — 0,6 q/l.

Kimyavi tərkib (mq/dm³)
HCO3- 84 — 87
Ca2+ 57 — 60
Mg2+ 34

Su hidrokarbonatlı, maqnezium-kalsium, həmçinin aktiv trivalent arsenik turşulu tərkibə sahibdir (3,9 mq/l).

Suyun şəfaverici təsirini bioloji cəhətdən aktiv mikroelementlər və üzvi maddələr artırır: bitumlu maddələr — 1,5—4,5 mq/l, naften turşuları — 0,1 mq/l. Mənbədən birbaşa alınan suda radonun tərkibi — 13,8—17,6.

Terapevtik istifadə üçün göstərişlər

  • xroniki qastrit
  • mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri
  • kolit və enterokolit
  • qaraciyər və öd yolları xəstəlikləri
  • pankeritlər
  • maddələr mübadiləsi və d.

Şəkillər

İstinadlar

  1. Хисамитдинова Ф. Г., Сиразитдинов З. А. и др. Русско-башкирский словарь водных объектов Республики Башкортостан. Уфа, 2005.
  2. Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.129.

Mənbə