Krım buxurkolu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Krım buxurkolu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.

Təbii yayılması

Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir. Toxumla çoxaldılır.

Ekologiyası

Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir. Şaxtaya və quraqlığadavamlıdır.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafazda meşələrdə kolların arasında, quru və daşlı yamaclarda bitir.

İstifadəsi

Ətriyyatda istifadə edilir. Krım buxurkolu çiçəkləmə dövründə çox dekorativ görünür və tək əkinlərdə istifadə edilir.

İstinadlar

Həmçinin bax