Krım quşarmudu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Krım quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Krım quşarmudu (lat. Sorbus turcica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul-keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir.

Ekologiyası

İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.

Azərbaycanda yayılması

Kiçik Qafqaz və Naxçıvan MR-da rast gəlinir.

İstifadəsi

Meyvələrindən sirkə və araq hazırlanır. Meyvəsinin ləti unludur, meyxoşdur, daxilində çoxlu miqdarda daşlaşmış hüceyrələr vardır.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax