Kuba–Mərakeş münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kuba–Mərakeş münasibətləri
 Kuba  Mərakeş

Kuba–Mərakeş münasibətləriKuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr

İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır[1]. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir[1]. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır[1].

Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur[1]. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes KamexoÖmər Hilal imza atmışlar[1].

İstinadlar