Havana

Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir. Havana sənaye baxımından da inkişaf etmişdir. Şəhərdə yeraltı qaynaqları da mövcuddur.

Havana
La Habana
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
23°08′12″ şm. e. 82°21′32″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1515
Sahəsi
  • 728,26 km²
Mərkəzin hündürlüyü 59 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.492.618 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Telefon kodu +53 7
Poçt indeksi 10000–19999
Digər
lahabana.gob.cu
Xəritəni göstər/gizlə
Havana xəritədə
Havana
Havana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Havana 1515-ci ildə Conquistador (İspanca, fəthçi deməkdir. 16. və 17 əsrdə İspan əsgər, kaşif və macəraçılar üçün istifadə edilən ümumi termindir) Diyeqo Velázquez də Cuéllar tərəfindən, bu gün adı Batabanó olan şəhərin yaxınlarında qurulub. Şəhər, yerləşdiyi mövqenin uyğunluğu nəticəsində inkişaf edərək, əhəmiyyətli bir ticari və əsgəri liman halına gəlib.

Şəhər, qiymətli xəzinələrlə yüklü İspan gəmilərinin bura çəkdiyi piratlar tərəfindən çox sayda hücuma uğramışdır. Şəhər 1538-ci ildə yandırılmış və 1553–1555də yağmalanmışdır. Havana 1607-ci ildə İspan koloniyası Kubanın paytaxtı olur. Böyük Britanya 1762-ci də şəhəri işğal edib, və daha sonra Floruda qarşılığında dəyiş toqquş edər. Şəhərin təkrar İspanlara keçməsiylə, Amerikanın ən güclü qorunan şəhəri olaraq qurular.

ABŞ-dəki qadağanlı zamanlarda, Havana Amerikalı turistlər üçün sevilən bir cazibə mərkəzi olmuşdur. Hər nə qədər gecə klubları və qumarxanalar, ABŞ-dəki qadağan edərin qalxmasıyla da varlıqlarını davam etdirə bilmişlərsə də, 1959-dakı Kuba inqilabının dərhal sonra bağlanılmışlar. Kubalı inqilabçılar inqilabın dərhal sonra 3 yanvar 1959-cu ildə Havananı ələ keçirdilər.

Xüsusilə görüləcək yer, barok və neoklasik abidələriylə birlikdə ən köhnə İspan koloniyal məskunlaşmasından olan La Habana Viejadır (Köhnə Havana ya da tarixi səmt). Bura 1982də UNESCOin Dünya mədəniyyət mirası altına alınmışdır; o zamandan bəri bölgə bölgə bərpa edilir. Bunun xaricində, bir başqa görülməyə dəyər yer isə, İspan qubernatorunun o zamanlardakı mövqesni olan Castillo da la Real Fuerzadır. Başqa bir yer isə körfəz girişinin şərq tərəfində olan La Cabaña hisarıdır.

Bütün bu bərpalardan məhrum qalan şəhərin bölgəsi Centro Habana adlı səmtdir. Bura Prado 'nun qərbindən Malecona qədər uzanar. Bura, eyni zamanda, çox nadir olaraq turistlərin uğradığı, şəhərin ən kasıb səmtidir. Binalarda yıxılmışlıq görünüşü hakimdir. Bu sahəyə edilən bir ziyarət, Habana Vieja ya da Vedado kimi şəhərin turistik olaraq təşkil edilmiş sahələrinə edilən gəzintiyə nisbətlə, Kuba xalqının həyat şərtləri haqqında daha həqiqi bir təəssürat buraxır.

Şəhər 2006-cı ildə 2,600,000 turisti qəbul etmişdir. Unesco-dan gələn kömək və turizm gəlirləriylə yenidən quruluşlanan Havana köhnə parlaq günlərinə geri dönməyə başlamışdır. Açıq hava muzeyi olaraq təyin oluna biləcək şəhərin saysız muzeyi, koloniyel arxitekturası, gastronomik müxtəlifliyi və musiqisi ilə bütün dünyada bənzərsiz bir mövqedədir.

Şəhərin qərbində iştirak edən Santa Maria Çimərliyi həm yerli xalqın, həm də turistlərin marağını çəkir. Havana, Kubanın ən əhəmiyyətli sənaye bölgəsidir. Xüsusilə metal məhsullar, maşın və kimya məhsulları əhəmiyyətlidir. Bunların xaricində rom, Havana Club kimi içkilərlə, tütün və tekstil məhsulları çıxarılar.

Kubada çıxarılan siqarlar, Havana olaraq adlandırılarlar.

Şəhər eyni zamanda ölkənin ən əhəmiyyətli nəqliyyat mərkəzidir. Həm əhəmiyyətli bir təbii limana həm də beynəlxalq bir aerodroma (José Martí, şəhərin cənubundadır) malikdir. Havana tünd, dünyanın ən etibarlı limanlarından biridir. Açıq dənizə keçiş, sahil xəttinin təbii meydana gəlməsi sayəsində, çox dar bir keçidlə əhatə olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.