Kurnik piroq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bayram kurniki Курник

Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir.

Haqqında

Kurnik-toyuqlu, göbələkli, yumurtalı və düyülü

Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qozkartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir.

Hazırlanması

Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər. Giləmeyvələr, kələm, ətin müxtəlif növləri, göbələklər içlik ola bilər. Əsasən çox miqdarda içlikdən istifadə edirlər.[1]

İstinadlar

  1. ↑ Практическая энциклопедия русской кухни, 2011, с. 54.

Ədəbiyyat

  • Ильиных Н. В., Ройтенберг И. Г. Практическая энциклопедия русской кухни. — М.: Астрель: Издательский дом «Аркаим», 2011. — 208 с. — ISBN 978-5-271-35113-6.

Həmçinin bax