Sıyıq (rus. Каша; ing. Porridge[1])— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək[2][3][4].
Sıyıq | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Rusiya mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | İsti yemək |
Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir"[5]. Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər. Səhərlər belə horradan iki çömçə içmək gün ərzində adamı tox saxlayır. Tatarlar axşam vaxtı isə ətli şorba yeyirlər». Başqırdlarda əsrlər boyu «butka» adlı sıyıq gündəlik yemək olmuşdur. Onu bayramlarda və ənənəvi günlərdə də bişirmişlər. Uyğurlar ətli, soğanlı düyü sıyığını xoşlayırlar. Orta əsrlərdə Skandinaviya ölkələrində arpa sıyığı çox yayılıbmış. «Kaşa» rus xalqının «şi»dən sonra ən çox yayılmış qədim xörəklərindən biridir. Onu bayramlarda, şənliklərdə, toy və ad günlərində bişirirlər. «Kaşa» üçün müxtəlif yarmalardan istifadə edilir. XIV əsrdən etibarən Rusiyada düyü yayılmağa başlayandan sonra, sıyığı düyüdən də bişirməyə başlayıblar. XVII əsrdə Rusiyada buğda, arpa, darı və qarabaşaqdan bişirilmiş sıyıqlar çox geniş yayılmışdı. «Kaşa»nı yağla, südlə, ya da ət suyu ilə yeyirdilər. Avropada Makedoniyalı İsgəndərin əsgərləri ilk düyü sıyığı yeyənlərdən olublar. Yunanlar noxuddan, mərcidən hazırlanmış şorbaları, eləcə də arpa horrasını qədimdən istifadə edirlər. Qədim İtaliyada pirincdən sıyıq bişirirdilər. Qarğıdalı Avropaya yayılandan sonra italyanların «polenta», rumınların isə «mamalıqa» adlanan kütləvi sıyıqları meydana gəlib. Sıyıq və horraları Afrikada da xoşlayırlar. Qədim vaxtlarda Əlcəzair və Tunisdə sarımsaq əlavə etməklə mərcini yağda qaynadır, kalorili horra hazırlayırdılar. Cənubi Afrikada yaşayan zuluslar qarğıdalı yarmasını ət suyunda isladır və həll etdikdən sonra ondan bərk sıyıq hazırlayırlar[6].
Ayrı-ayrı ölkələrdə dəndən, yarmadan başqa undan horra, xəşil, umac və sairə bu kimi milli yeməklər bişirirlər. Azərbaycanlılar umacı belə hazırlayırlar: Unun üstünə su çiləyir, ovuşdurur, qaynar qazana tökürlər. Sonra da ona quyruq və ya yağ, eləcə də yumurta və yağda qızardılmış soğan əlavə edirlər. Umacı qarğıdalı və ya buğda ununa, adətən süd əlavə etməklə uyğurlar da bişirirlər. Undan qatı xörəklər də hazırlayırlar. Gürcüstanda yaşayan minqrellər haqqında XIX əsrin birinci yarısına aid məlumatda deyilir ki, «qomiya» onlar üçün çörəyi əvəz edir. Bu, undan bişirilən qatı kütlədir, elə qatıdır ki, onu əldə tutub yemək olur. Çərkəzlərin qomiyanı xatırladan «poseta» adlı xörəyi vardır. Onlar bu xörəyi ətlə yeyirlər. Ləzgilərdə «sav» deyilən xoşagələn xörək növü vardır. Onu hazırlamaq üçün dəni qovurur, dəyirmanda üyüdür, alınmış diri unu su, qatıq, ya da süddə isladır, sonra üstünə yağ töküb yeyirlər. Bu xörəyin mənşəyi uzaq keçmişə-eneolit dövrünə gedib çıxır. Yunanlar də keçmişdə arpa unundan xəmir yoğurur, yarma şəklinə salır, qurudub saxlayır və ondan sıyıq bişirirdilər. Bu xörəyi daha çox yoxsullar hazırlayırmış. Bəzən unu yağda qızardır, sonra su əlavə edir və bişirirdilər. Azərbaycanda yağda qovrulmuş undan, su və doşab əlavə etməklə yüksək kalorili «quymaq» adlı xörək bişirirlər. Bu çox qədim milli yeməkdir. Osetinlər isə yağda qovurulmuş undan «xaru» adlı xörək hazırlayırlar. XIX əsrdə kasıb kumık ailələrində qovurulmuş buğda unundan şorba (xolva xüdur) bişirirlərmiş. Bir çox ölkədə səhər yeməyi üçün ənənəvi yeməkdir. Ənənəvi olaraq, sıyıq saxsı və ya dəmir qablarda rus sobasında bişirilmiş, indi də qazanlarda, boşqablarda və ya xüsusi qablarda və mikrodalğalı sobalarda bişirilir.
Rusiyada, sıyıq hər zaman orduda, xüsusilə də yürüş şəraitində tez-tez istifadə olunan qaynar yemək olmuşdur. Bu səbəbdən, rus ordusunda ordu aşpazı artıq xüsusi peşə sahibi — "sıyıqçı" (rus. "кашевар") adlandırılır . Bəzi əsgərlər öz sıyığına jarqon ləqəblər verirlər, məsələn, arpa sıyığı xarici görkəminin xüsusiyyətlərinə görə, şrapnel (içi xırda güllələrlə doldurulmuş top gülləsi) və ya bolt adlanır.
Sıyıq həm də körpə qidasının ayrılmaz tərkib hissəsidir[7]. Sıyığa süd, zeytun, pendir, yağı az olan pendir, yağ, üzüm, quru ərik, quru meyvələr və digər faydalı və digər dadlı və faydalı əlavələr qatmaq olar[8].
Sıyıqların aşağıdakı növləri vardır:
Qarabaşaq sıyığı dəmir, kalsium, B qrupu vitamin, orqanizm tez həzm edən zülallarla (ona görə də Çində ət əvəzi yeyilir) zəngindir. Qan- damar, hipertoniya (qanazlığında), böyrək xəstəliklərində çox xeyirlidir. Həzm sistemini və bağırsaqların işini yaxşılaşdırır. Bundan başqa, qarabaşağın tərkibindəki 8%-lik kversetin maddəsi var ki, xərçəngin müalicə və profilaktikası üçün ən güclü təbii maddələrdən biri sayılır. Kalori dəyəri: 329 kkal/100qr.
Bağırsaqların işini yaxşılaşdırır. Tərkibindəki silisium dişlərə müsbət təsir edir. Daha bir müsbət təsiri odur ki, az kalorili sıyıq kimi orqanizmdən piylərin əriməsinə kömək edir. Kalori dəyəri: 325 kkal\ 100qr.
Yaranmış stereotipə zidd olaraq, çox faydalı sıyıq deyil. Tərkibində allergiyalı bitki zülalı olan qlutein var, digər tərəfdən orqanizmdən kalsiumu yuyur. Lakin mütəxissislər mədə xəstəliklərindən əziyyət çəkənlərə mannı sıyığı tövsiyə edirlər. Kalori: 326 kkal/100 q.
Orqanizmdəki artıq mineral duzların, piylərin çıxmasına şərait yaradır. Darı A vitamini ilə zəngindir. Bundan əlavə, darı sıyığında ürək damarlarına faydalı olan kalsium, maqnium var. Əgər yarma ağarıbsa, öz tərkibini itirmişdir. Kalori dəyəri: 334kkal/ 100qr.
Aşağı kalorili sıyıqdır. Tərkibində bir çox bitki zülalları vardır. Aşılanmışının orqanizmə bir o qədər də xeyiri yoxdur. Tez həzm olunur. Kalori dəyəri 323kkal/ 100qr.