Kurtlak çayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kurtlak çayı
rus. Куртлак
Ölkə  Rusiya
Mənsəbi Çir çayı
Uzunluğu 150 km
Su sərfi 0,44 m³/s
Hövzəsinin sahəsi 2760 km²
DSR[ru] 05010300812107000009795

Kurtlak çayıRusiyanın Rostov və Volqoqrad (108 km) vilayətləri ərazisindən axan çay. Çir çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 150 kilometr, hövzəsinin sahəsi isə 2760 km² təşkil edir. Təpəli çöl ərazisindən axır. Vadisi elədə dərin deyildir[1]. Yuxarı axarlarda paleoqen dövrünə axid çökmə suzurlardan ibarətdir. Platonov xutoru yaxınlığından təbaşir və qumluq ərazilərdən axır. Əkinçilikdə istifadə edilir.

Ümumi fiziki-coğrafi xüsusiyyətləri

Kurtlak çayı öz başlanğıcını Don cərgəsindən götürür. Başlandığı ərazi Volqoqrad vilayəti, Kletski rayonu Platov xutorunun şimal-şərqində yerləşir. Mənbəyinin hündürlüyü 160 metrdir. Əvvəlcə qərbə sonradan isə cənuba axır. Sağdan Salomakovka çayı İvanuşenski xutoru yaxınlığında ona tökülür. Buradan çay cənub-qərbə axır. Qusinski çayı töküldükdən çay qərbə istiqamətlənir. Rostov vilayətinin Sovetski rayonu Ruskaya kəndi yaxınlığında Çir çayına tökülür[2].

Kurtlak çayə Volqadonsk vilayətinin Kletski və Rostov vilayətinin Sovetski rayonu ərazisindən axır.

Su rejimi

Çay əsasən qar sulatı ilə qidalanır. Martdan maya qədər çayın hündürlüyü 2 metr artır. Son ən hündür səviyyə 4 aprel 2003-cü ildə qeydə alınmışdır. Yayda suyunun səviyyəsi azalır. Dekabrın ortaları və ya birinci yarısında donur. Dondan aprel ayının əvvəllərində azad olur.

Kurtlak ümumilikdə olduqca dayazdır. İllik su axarı 0,014 m³/il, su sərfiyyatı 0,44 m³/san təşkil edir. Çay üzərində bənd vardır ki, oda çayın axını tənzimlənir.

Yaşayış məntəqələri

  • Platonov xutoru.
  • Selivanov xutoru.
  • Zaxarov xutoru.
  • Evstratovski xutoru.
  • İvanuşenski xutoru.
  • Verxneçerenski xutoru.
  • Bolşata Osinovka xutoru.
  • Perelazovski xutoru.
  • Efremovski xutoru.
  • Lipovski xutoru.
  • Kalaç-Kurtlak kəndi.
  • Petrovo xutoru.
  • Novoryabuxin.
  • Ruskaya kəndi.

Hövzəsi

  • Kurtlak
    • Salomokovka — (mənsəbdən 14 km)
    • Qolaya — (mənsəndən 21 km)
    • Osinovaya — (mənsəbdən 15 km)
    • Sarisa — (mənsəbdən 47 km)
    • Krepkaya — (mənsəbdən 16 km)
    • Donşimka — (mənsəbdən 33 km)
    • Qusinka — (mənsəbdən 18 km).

Ədəbiyyat

  • «Родники и реки Волгоградской области». В. А. Брылев, Н. А. Самусь, Е. Н. Славгородская. — Изд-во: ВОКМ, Волгоград, 2007 г.

İstinadlar

  1. «Природа Ростовской области» — К. З. Яцута, глава Притоки Дона Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine
  2. Карта Волгоградской области, ФГУП «Омская картографическая фабрика», Омск, 2005 год