Lalə Abbasova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lalə Abbasova
2005 – 2010
Seçki dairəsi2005 — 55 saylı Xaçmaz şəhər
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıArif Əşrəfov
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyun 1955(1955-06-09) (68 yaş)
Doğum yeri
Fəaliyyəti jurnalist

Lalə AbbasovaAzərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı,[1] jurnalist.

Həyatı

Lalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir.

Üç övladı — 1 oğlu, 2 qızı vardır.

İctimai-siyasi fəaliyyəti

1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur.

Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.

"Qadın və tərəqqi" ictimai birliyinin sədridir.

Bədii fəaliyyəti

"XX əsr Azərbaycan qadınları" üç cildlik ensiklopedik toplusunun müəllifidir.

Lalə Nikbin təxəllüsü ilə bədii yaradıcılıqla məşğul olur. Mahnı bəstələyir, hekayələr yazır. On iki mahnısı vardır. Həvəskar bəstəkardır.

İstinadlar

  1. "Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.

Xarici keçidlər