Layonel Riçi
Lionel Richie | |
---|---|
Lionel Brockman Richie, Jr | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Lionel Brockman Richie |
Doğum tarixi | |
Doğum yeri | Taskiqi, Alabama, ABŞ |
Vətəndaşlığı | |
Milliyyəti | ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
Müğənni aktyor şair |
Fəaliyyət illəri | 1967-ci ildən |
Janrlar | Soul, R&B, pop, pop-rock, soft-rock, |
Musiqi alətləri | Piano, saksafon |
Albom şirkətləri |
Island MCA Motown |
Əlaqələri | Dayana Ross, Commodores, Stivi Uander, Maykl Cekson, Canet Cekson |
Təhsili |
|
lionelrichie.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır.
Erkən həyatı
Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur.[2] Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir.
Karyera
60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir.
Diskoqrafiya
- Lionel Richie (1982)
- Can't Slow Down (1983)
- Dancing on the Ceiling (1986)
- Louder Than Words (1996)
- Time (1998)
- Renaissance (2000)
- Just for You (2004)
- Coming Home (2006)
- Just Go (2009)
- Tuskegee (2012)
Filmoqrafiya
- Scott Joplin (1977)
- Thank God It's Friday (1978)
- Running with the Night (1990)
- Truth or Dare (1991)
- The Preacher's Wife (1996)
- Pariah (1998)
- The Simpsons (epizodik) (2007)
- Who Do You Think You Are? (2011)
- Lionel Richie: Dancing On the Ceiling (2011)
İstinadlar
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Stated on Who Do You Think You Are?, March 4, 2011