Leonid Listenqarten

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Leonid Listenqarten
Ölkə SSRİ SSRİ
Rusiya Rusiya
Doğum tarixi (88 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
Titulu SSRİ idman ustası (1961)
Son reytinqi 2315 (oktyabr 2017)
Maksimal reytinqi 2315 (oktyabr 2017)
FİDE nömrəsi 4106180

Leonid Listenqarten (doğ. 16 iyun 1935, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet şahmatçısı, SSRİ idman ustası (1961). Texnika elmləri doktoru.[1]

Həyatı

Leonid Listenqarten 4-cü sinifdə oxuyarkən şahmatla maraqlanmağa başlayıb.[2] Azərbaycan SSR-in birinciliklərində uğurla çıxış edib: 1955-ci ildə birinci-ikinci yerləri bölüşüb, 1960-cı ildə isə ikinci yeri tutub. "Neftçi" (Bakı) komandasının heyətində çıxış edirdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya fakültəsini “mühəndis-geoloq” ixtisası üzrə bitirib. "Aznipinef" və "Qipromorneft" layihə institutlarında Neft və qaz yataqlarının işlənməsi şöbəsinin müdiri işləyib, burada o, Xəzər dənizində yataqların layihələndirilməsi və işlənməsinə rəhbərlik edib.[1]

Ailəsi

  • Babası — Moisey İsaakoviç Listenqarten (1871—1941)[3]
  • Nənəsi — Rozaliya Borisovna Krinskaya (187?—1946)
  • Atası — Boris Moiseyeviç Listenqarten (1906—1982)
  • Anası — Esfir Lvovna Belenkaya (????—1998)
  • Arvadı (e 1967) — Alla (Alvina) Alekseyevna Vayman
    • Qızı — Yuliya
      • Nəvəsi — Frank

İstinadlar

  1. 1 2 Листенгартен Борис Моисеевич - известный геолог-нефтяник Азербайджана и его семья[ölü keçid]
  2. "Леонид Листенгартен "Моя память о шахматных баталиях в Баку"". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  3. Листенгартен Моисей Исаакович — рабочий-металлист[ölü keçid]

Xarici keçidlər