Leonid Listenqarten (doğ. 16 iyun 1935, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet şahmatçısı, SSRİ idman ustası (1961). Texnika elmləri doktoru.[1]
Leonid Listenqarten | |
---|---|
Ölkə |
SSRİ → Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Titulu | SSRİ idman ustası (1961) |
Son reytinqi | 2315 (oktyabr 2017) |
Maksimal reytinqi | 2315 (oktyabr 2017) |
FİDE nömrəsi | 4106180 |
Leonid Listenqarten 4-cü sinifdə oxuyarkən şahmatla maraqlanmağa başlayıb.[2] Azərbaycan SSR-in birinciliklərində uğurla çıxış edib: 1955-ci ildə birinci-ikinci yerləri bölüşüb, 1960-cı ildə isə ikinci yeri tutub. "Neftçi" (Bakı) komandasının heyətində çıxış edirdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya fakültəsini “mühəndis-geoloq” ixtisası üzrə bitirib. "Aznipinef" və "Qipromorneft" layihə institutlarında Neft və qaz yataqlarının işlənməsi şöbəsinin müdiri işləyib, burada o, Xəzər dənizində yataqların layihələndirilməsi və işlənməsinə rəhbərlik edib.[1]