Lerx yovşanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lerx yovşanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lerx yovşanı (lat. Artemisia lercheana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Təbii yayılması

Afrikada, Asiyada təbii yayılmışdır.

Botaniki təsviri

Səbəti 2-3 mm uzunluğunda, yumurtaşəkillidir. Aşağı yarpaqları 2-4 sm olub, düz, uc paycıqları dar, xətvari, 2 mm uzunluğundadır. Gövdənin orta yarpaqları yayın ikinci yarısında büzüşərək tökülür. Çiçəkləri al-qırmızı rəngdə olub, avqustda çiçəkləyir, noyabr-dekabr aylarında toxum verir.

Ekologiyası

Gilli və şorakətli torpaqlarda bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında yayılmışdır.

İstifadəsi

Zehni fəaliyyəti artırır; sətəlcəm, xroniki bronxit, ağ ciyər vərəmi, astma, qrip, allergiya, faringit, ürək xəstəliyi, əsəb xəstəliyi, ikinci immun çatışmazlığı, dəridə ziyilləri, irinli səpkiləri müalicə edir, yağlı dəri üçün istifadə edilir. Yorğunluğu, depressiyanı aradan qaldırır.

İstinadlar

Həmçinin bax