Luristan quşarmudu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Luristan quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Luristan quşarmudu (lat. Sorbus luristanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Ümumi yayılması

Tyan-Şan, Pamir-Alay, Kopetdağ, Türkiyə, Azərbaycan və İranda təbii arealı vardır.

Azərbaycanda yayılması

Azərbaycanda Quba, Samur-Dəvəçi ovalığı, Lənkəranda aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşələrdə və Naxçıvan MR-də rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitkisidir. NT.

Bitdiyi yer

Orta və yuxarı dağ qurşaqlarında qoz, ağcaqayın, palıd meşəliklərində, qayalıq yerlərdə kolluqlarda yayılmışdır.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz tərs yumurtavarı, uc tərəfi qısa, sivridir. Altdan məxmər və ya keçətüklü olması ilə adi növdən fərqlənir. Saplaqları az tüklüdür. Çiçəkləri orta böyüklükdədir. Meyvələri sarı, qırmızı və ya qaramtıl, iri və oval şəklində, 20-35 mm diametrdədir. Çəyirdəyi azca çuxur və ya deşikdeşikdir. May-iyun ayında çiçəkləyir, sentyabr ayında isə meyvəsi yetişir.

Çoxalması

Generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni şəraitdə becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Xüsusi mühafizə tədbiri görülməmişdir.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax