Luvr Piramidası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Luvr Piramidası
fr. pyramide du Louvre
Ölkə Fransa Fransa
Yerləşməsi Parisin 1-ci rayonu
Arxitektura stili Misir üslubu
Memarı Bey Yuymin

Luvr Piramidası – Napoleonun həyətində yerləşən şüşədən piramida, Luvr üçün əsas giriş kimi xidmət edir və Parisin simvollarından biridir. 1985-ci ildən 1989-cu ilə qədər inşa edilən layihə, məşhur çinli Bey Yuymin memarı tərəfindən yaradılmışdır.

Tarixi

Fransa İnqilabından 200 il sonra, prezident Fransua Mitteran «Böyük Luvr» layihəsini təklif etdi. Mitteran kral sarayını dünyanın ən böyük muzeyinə çevirmək istədi. Yelisey bağı boyunca keçən doqquz kilometrlik perspektiv - onun fikirin də Parisin tarixi oxunu uzadılması idi.

Tamamlandıqdan sonra, piramida Luvrın əsas girişinə çevrildi. Böyük piramidanın ətrafında üç kiçik piramida yerləşir, onlar yalnız illüminator kimi xidmət göstərir.[1]

Rəqəmlər və faktlar

  • Piramid 21 mm qalınlığında 603 diamond şəkilli və 70 üçbucaqlı şüşə seqmentlərdən ibarətdir [2].
  • Piramidin hündürlüyü 21,65 m, əsas tərəfinin uzunluğu 35 m, meyl açısı isə 52 ° təşkil edir.
  • Piramidin çəkisi təxminən 180 tondur.
  • Piramidanın prototipi Xeops piramidasıdır.

Həmçinin bax

İstinadlar

  1. İllüminator — jurnal, nömrə 2(22)-2006 — Online versiyası[ölü keçid]
  2. Piramida haqqında məlumatlar Arxivləşdirilib 2002-01-12 at the Wayback Machine

Xarici keçidlər