Piramida

Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır.

Dəşurdakı Qırmızı ehram

Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur. Tikilidə təxminən hər birinin çəkisi 2,5–15 ton olan 1 300 000 iri daş parçalarından istifadə olunub və tərəfləri təqribən 230 m olan 13 məzarlığı əhatə edən dördbucaq bünövrə üzərində inşa edilmişdir. Ehramın hər 4 tərəfi 4 əsas uc nöqtəsindən keçir və hər tərəf 52 dərəcəli bucağa bərabərdir. Orijinal ehramın hündürlüyü 146,5 m olmuşdur. Müasir dövrümüzdə isə, ehram 137 m hündürlükdədir və çatışmayan 9 m Qahirədəki tikili üçün "oğurlanan" daş parçalarını örtən və üzlüyün əsasını təşkil edən yüksək keyfiyyətli ağ Tura qayasıdır. Buna baxmayaraq bu ehram hələ dən ən hündür ehram olaraq qalır. Həcminə görə ən böyük ehram isə Meksikanın Puebla ştatında yerləşən Böyük Çolula ehramıdır.

Çolula ehramı

Mesopotamiya piramidaları

[redaktə | mənbəni redaktə et]

Mesopotamiyalılar erkən ehramvarı tikililər inşa edirdilər və bu tikililərə "ziqqurat" deyilirdi. Qədim zamanlarda ehramları parlaq rənglərə boyayırdılar. Sonralar ehramların tikintisində gün altında qurudulmuş çiy kərpiclərdən istifadə edildiyi üçün rəngli ehramlardan günümüzə qədər gəlib çıxanların sayı çox azdır. Ziqquratları şumer, babil, elamit, akkadassur tayfaları yerli dinlərin şərəfinə inşa edirdilər. Hər ziqqurat digər tikililərlə birlikdə bir məbəd kompleksinin tərkib hissəsini təşkil edirdi. İlkin ziqquratlar b.e.ə. 4-cü minillik ərzində Übeyd mədəniyyətinə məxsus tribunlar vasitəsilə qaldırılırdı. İlk ziqquratlar Erkən Xanədanlıq dövründə tikilməyə başlayıb. Son Mesopotamiya ziqquratlarının tikilməsi isə b.e.ə. 6-cı əsrə təsadüf edir. Dördbucaqlı, oval və ya kvadrat formalı platforma üzərində alçaq qatda inşa edilmiş ziqqurat yastı təpəyə malik ehramvarı tikili idi. Günəş altında bişirilmiş kərpiclər və çöl tərəfində bişmiş kərpiclərlə birlikdə örtük ziqquratın əsas özülünü təşkil edirdi. Örtüklər adətən müxtəlif rənglərdə cilalanmış şəkildə olur və bəzən astroloji əhəmiyyətə malik idi. Bəzi dövlət başçıları öz adlarını cilalı kərpiclər üzərində oyma ilə həkk etdirirdilər. Yarusların sayı 2–7-ə qədər ola bilərdi. Fərz edilrdi ki, ən üst qatda türbələr var, lakin bu fikrin doğruluğuna dair Herodotun mətni yazılarından başqa heç bir arxeolojji sübut yoxdur. Ziqquratın bir tərəfində olan çoxpilləli və ya bünövrədən zirvəyə kimi uzanan spiral formalı ramplar vasitəsilə türbəyə daxil olmaq olardı. Mesopotamiya ziqquratları camaatla ibadət və ya mərasimlər üçün nəzərədə tutulmamışdı. Bu tikililər allahlar üçün sığınacaq rolu oynayırdı və hər şəhərin öz himayəçi allahı var idi. Yalnız keşişlər ziqqurat və zəmin qatdakı otaqlara daxil ola bilərdi və allahların qayğısına qalmaq , onların ehtiyaclarını qarşılamaq kimi işlərə görə məsuliyyət daşıyırdılar. Şumer cəmiyyətində keşişlər çox böyük nüfuza malik idilər.

Misir piramidaları

[redaktə | mənbəni redaktə et]
Coser ehramı

Ən məşhur ehramlar daşdan, bəzən isə kərpicdən inşa edilmiş nəhəng Misir ehramları hesab olunur və bu ehramların bəzisi dünyanın ən böyük memarlıq abidələri içərisində yer alır. Misir ehramları günəş şüaları formasında tikilib. Ehramların əksəriyyətinin səthi cilalı, yüksək əksetdirmə qabiliyyətinə malik əhəngdaşı ilə örtülüb və bu da uzaq məsafədən baxdıqda ehramlara parlaq bir görünüş verirdi. Ehramın üst- örtük təbəqəsində əsasən qranit, qara mərmər kimi sərt və davamlı materiallardan istifadə olunurdu və örtük təbəqəsinə qızıl, gümüş və ya elektrum- ağ qızıldan üz çəkilirdi. Bu da, öz növbəsində yüksək əksetdirmə qabiliyyətinə mailk idi. B.e.ə. 2700-cü ildən etibarən b.e.ə. 1700-cü ilə kimi misirlilər ehram tikintisi ilə məşğul olmuşlar. İlk ehram isə Coserin 3-cü hakimiyyəti dövründə memar İmfotep tərəfindən 6 mastabadan ibarət pilləli ehram şəklində inşa edilib. Ən böyük Misir ehramları isə Gizadadır. "Bütün fironların atası hesab edilən Misirin Günəş allahı Ra, rəvayətə görə digər allahların hələ mövcud olmadığı bir zamanda, yerin ehram formalı təpəciyindən yaradılmışdır. Deyilənə görə, ehramın forması günəş şüalarını rəmziləşdirir."(Donald B. Redford, f.e.d. Pensilvaniya ştatı) Ehramlar özünün ən yüksək inkişaf dövrünə b.e.ə. 2575–2150-ci illərdə Gizada çatmışdır. Qədim Misir ehramları əksər hallarda Nil çayının qərb hissəsinə qədər uzanırdı. Bunu isə onunla əsasıandırmaq olar ki, ilahi fironun ruhu yerə enəndə günəşlə özünün əbədi çevrəsində dövr etmədən öncə günəş şüalarına qovuşacaqdır. 2008-ci ildə Misirdə kəşfiyyat nəticəsində 135 ehram aşkar olunmuşdur. Gizada ən böyük ehram Böyük Giza ehramıdır və bu eyni zamanda dünyanın ən böyük ehramı hesab edilir. B.e. 1311-ci ilə, Linkoln kilsəsiinin kəşfinə kimi, Giza dünyanın ən hündür binası hesab olunurdu. Ehramın bünövrəsinin həcmi isə 52 600 m²-dən çoxdur. Ehramların adı əsasən Misirlə əlaqələndirilsə də, Sudan dövlətində 220 ehram var və bu da dünyada sayca ən çox ehram olan ərazidir.

Böyük Giza ehramı və Sfinks

Böyük Giza ehramı dünyanın 7 qədim möcüzəsindən biridir. Bu müasir dövrümüzə kimi gəlib çıxmış yeganə ehramdır. Qədim misirlilər ehramların üz təbəqəsini tərkibində böyük miqdarda daşlaşmış balıqqulağı olan cilalanmış ağ rəngli əhəng daşı ilə də örtürdülər. Bu daş üzlüklərin əksəriyyəti ya zamanla qırılıb düşüb, ya sökülüb, ya da Qahirədə aparılan tikinti işlərində istifadə olunub.

Ehramların əksəriyyəti Qahirə şəhəri yaxınlığında yerləşir və bunlardan yalnız bir möhtəşəm ehram Qahirənin cənubunda, Abidos məbəd kompleksi yaxınlığında yerləşir. Abidosda olan ehram 18-ci sülələnin və yeni Krallığın əsasını qoyan I Ahmosun göstərişi ilə tikilmişdir. Ehramların tikintisinə firon Coserin hakimiyyətdə olduğu 3-cü sülalənin hökmranlığı dövründə başlanılıb. İlk fironlardan olan Snefrunun dövründən başlayaraq ta Misir Krallığı dövrünə kimi ehram tikintisi ilə məşğul olunurdu. Son ehram inşa edən firon Ahmos olub. Ahmos və ondan sonra gələn fironlar artıq məqbərələrini təpələrdə, Luksorun qərb sahilində Krallar vadisi kimi yerlərdə gizlədərdilər. Medinat Hbuda və ya Deyr-əl-Medinə kimi Misir kəndlərində ayrı-ayrı insanlar tərəfindən daha kiçik ehramlar tikilirdi. Bu cür kiçik ehramlar həm də sonralar Misirdə hakimiyyətdə olan nubiyalılar tərəfindən də tikilirdi və bu ehramlar dik tərəflərə malik idi.

Sudan piramidaları

[redaktə | mənbəni redaktə et]
Sudandakı Meroe ehramı

Nubiya ehramlarına (təxminən 220 ehram) Sudanın yalnız 3 hissəsində rast gəlmək olar və onlar əsasən Napata, Meroenin kral və kraliçalarının sərdabələri idilər. Nubiya ehramları kimi tanınan Kuş ehramları Misir ehramlarından daha fərqli səciyyəvi xüsusiyyətlərə malikdirlər. Nubiya ehramlarının tərəfləri Misir ehramlarından fərqli olaraq, daha dikdir. Bu ehramlar kral və kralıçaların şərəfinə tikilən memarlıq abidələri idi. Sonralar b.e. 300-cü ilinə kimi Sudanda ehramların tikintisi davam edib.