Mürşid Balaqardaş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Mürşid Balaqardaş (?-?) - istiqlal şairi. 1918-1920 illər milli istiqlal poeziyasının nümayəndəsi.[1][2]

Yaradıçılığı

Əsərləri Azərbaycan, İstiqlal, Hürriyyət, Qurtuluş, Gənclər yurdu, Övraqi-nəfisə, Bəsirət kimi mətbuat orqanlarında çap edilmidir. Şairin silsilə Əsgər şerlərində (Əsgər hərbə gedərkən, Əsgər şərqisi, Ana deyir, Qarabağda həlak olmuş arkadaşının ruhuna ithaf, Bu günün gənclərinə və s.) vətənin fədakar oğullarına müraciət, azadlıq uğrunda mübarizəyə, milli istiqlalın qorunmasına çağırışı motivləri güclüdür.[1]

" Mənim eşqim ancaq Vətən eşqidir,

Könlümdəki Azərbaycan eşqidir.

"

Ömrü boyu bu ideala sadiq qalan şair şerlərindən birində hərbə gedən əsgərin dilindən deyirdi:

" Mən gedirəm məqsədimə yetməyə,

Azərbaycanına xidmət etməyə!

"

Şühədayi-Vətən şerində Mürşid dostu Məhəmməd Hadinin səsinə səs verir, vətən yolunda, Qarabağ müharibəsində şəhid olanların millətin qəlbində əbədiyyət qazandığını göstərir:[2]

" Sən də fəxr et, bambaşqadır bu ölüm,

Bənzəməzsən sən bir adi ölmüşə.

Cismin əgər gömülmüşsə məzara,

Ruhun millət qəlbindədir həmişə.

"

Bir qaçqın cocuğun dilindən şerində şair erməni quldurlarının əzab-işgəncə verdiyi, yurd-yuvasız qoyduğu, körpə qəlbinə sağalmaz yaralar vurduğu balaca uşağın fəryadını, üsyanını dərin ürək yanğısı ilə qələmə almışdır. Yaradıcılığında Türk birliyinə, Azərbaycan türklərini milli dövlət ətrafında birləşməyə çağırış ruhlu şerlər də mühüm yer tutur.[1][2]

Həmçinin bax

Mənbə

İstinadlar

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), Bakı, 1998.
  2. 1 2 3 Əliyeva A., Unudulmuşlar, "Elm" qəzeti, 1990,26 may.