Bu məqalə yarımçıqdır. Onu genişləndirməyə kömək edə bilərsiniz. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır. İran və Türkiyədəki ermənilər özlərini diaspora saymırlar. Dindarları əsasən Erməni Qriqorian kilsəsinə etiqad edir.
Ümumi sayı | |||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
8 000 000[1] - 10 000 000[2] | |||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||||||||||||||
Dövlət | Ermənistan |
Krallığa namizəd | Kipr kralı Yanusun (1398–1432) törəmələri: |
Yaşadığı ərazilər | Abxaziya və Samtsxe-Cavaxeti (Gürcüstan) |
Parlamentdə və hökumətdə iştirak |
Livan (hal-hazırda Daşnaksütun) |
Hərbi təşkilat |
Şəhid Nubar Ozanyan dəstəsi (Suriya) |
Erməni dilinin statusu |
Rəsmi status: Qeyi-rəsmi status:
|
Əsasən tərk etdikləri ərazilər |
|
Tarixi dini fəaliyyət |
|
Digər böyük topluluq və ya diaspora ölkələri |
|
Əlaqəli etnik qruplar |
20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşmasından sonra, ermənilər Dağlıq Qarabağı sentyabrın sonunda və oktyabrın əvvəllərində tərk edib. Hesablamalara görə, Dağlıq Qarabağda təxminən 50 erməni qalıb.[15]
Azərbaycanın faktiki nəzarətində olan ərazilərdə 1999-cu il siyahıyaalınması zamanı 659 nəfər, 2009-cu il siyahıyaalınması zamanı isə 220 nəfər öz etnik mənsubiyyəti erməni olaraq göstərmişdir.[q 1]
Yaşayış məntəqəsi | 1999 sa.[16] | 2009 sa.[17] |
---|---|---|
Bakı şəhəri ə/d | 0 | 0 |
Sumqayıt şəhəri ə/d | 0 | 0 |
Şirvan şəhəri ə/d | 0 | 0 |
Gəncə şəhəri ə/d | 0 | 0 |
Mingəçevir şəhəri ə/d | 0 | 0 |
Naxçıvan MR | 0 | 0 |
Abşeron rayonu | 0 | 0 |
Ağcabədi rayonu | 0 | 0 |
Ağsu rayonu | … | 0 |
Ağstafa rayonu | 0 | 0 |
Balakən rayonu | 0 | 0 |
Bərdə rayonu | 0 | 0 |
Beyləqan rayonu | 0 | 0 |
Cəlilabad rayonu | 0 | 0 |
Daşkəsən rayonu | 0 | 0 |
Şabran rayonu | 0 | 0 |
Gədəbəy rayonu | 0 | 0 |
Goranboy rayonu | 0 | 0 |
Göyçay rayonu | 0 | 0 |
İmişli rayonu | 0 | 0 |
İsmayıllı rayonu | 0 | 0 |
Kürdəmir rayonu | 0 | 0 |
Lənkəran rayonu | 0 | 0 |
Masallı rayonu | 0 | 0 |
Neftçala rayonu | 0 | 0 |
Oğuz rayonu | 0 | 0 |
Qax rayonu | 0 | 0 |
Qazax rayonu | 0 | 0 |
Qəbələ rayonu | 0 | 0 |
Quba rayonu | 0 | 0 |
Qusar rayonu | 0 | 0 |
Saatlı rayonu | 0 | 0 |
Sabirabad rayonu | 0 | 0 |
Salyan rayonu | 0 | 0 |
Şamaxı rayonu | 0 | 0 |
Samux rayonu | 0 | 0 |
Şəki rayonu | 0 | 0 |
Şəmkir rayonu | 0 | 0 |
Siyəzən rayonu | 0 | 0 |
Tovuz rayonu | 0 | 0 |
Ucar rayonu | 0 | 0 |
Xaçmaz rayonu | 0 | 0 |
Göygöl rayonu | 0 | 0 |
Yevlax rayonu | 0 | 0 |
Zaqatala rayonu | 0 | 0 |
Ağdam rayonu | 0 | 0 |
Bütün ölkə üzrə | 0 | 0 |
21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.[18]
2008-ci ilə olan məlumata əsasən Türkiyənin təxminən 60.000 erməni kökənli vətəndaşı vardır.[13] Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.[19]
2012-ci ilə olan təxminə əsasən Suriyada 70.000–80.000 nəfər dolayında erməni diasporu yaşamaqdadır.[24] Onların yarıya qədəri Hələb şəhərində məskunlaşıbdır. 2010-cu ildə onların bir hissəsi Zəngilan rayonuna gətirilmişdir.
2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da, müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri digər ölkələrə köç etmişdir.[25] 2012-ci il üçün İraqda ermənilərin sayı 15.000–16.000 nəfər dolayında qiymətləndirilir.[25]
2007-ci ilin sonuna olan rəsmi təxminə əsasən Livan əhalisi 3.759.136 nəfərdir .[26] 2005-ci ilə olan məlumata əsasən ölkədə 116.214 nəfər erməni yaşayır.[11] Onların 88.601 nəfəri qreqoryan, 20.259 nəfəri katolik, 7.354 nəfəri isə protestantdır .[11] Erməni toplumu Livan parlamentində 6 qriqoryan millət vəkili ilə təmsil olunur .[11] Siyasi-hərbi münaqişələr və sosial vəziyyətin pisləşməsi Livandakı erməni diasporasının ABŞ başda olmaqla Şimali Amerikaya, Avropa Birliyi ölkələrinə və Avstraliyaya köçünü sürətləndirmişdir, bu səbəbdən erməni əsilli əhalinin sayı artım göstərməyərək ildən ilə azalmaqdadır.
Bəzi məlumatlara əsasən Misirdə 2010-cu ilə olan təxminlərə əsasən 6.000–11.000 nəfər arası erməni əsilli əhali yaşamaqdadır.[27]
Məxəzlərdə ermənilər Sudan ərazisində ilk dəfə XVII–XVIII əsrlərdə xatırlanırlar.[28] Bununla belə bu ölkədə erməni cəmiyyəti XIX əsrin ikinci yarısında formalaşmağa başlamışdır.[28] Ənənəvi olaraq erməni cəmiyyəti Sudanın Xartum, Omdurman və Qadarif şəhərlərində cəmləşmişdir.[28] Sudanda ilk erməni məktəbi 1930-cu ildə əsasən məsihi etiqadlı əhaliyə sahib Qadarif şəhərində yaradılmışdır.[28] 1956-cı ildə paytaxt Xartumda "Erməni gimnaziyası" yaradılsa da 1977-c ildə mərkəzi hökumət tərəfindən bağlanıldı.[28] 1957-ci ildə Sudanda Müqəddəs Qriqori erməni kilsəsi açıldı.[28] 1965-ci ildə Sudanda erməni diasporasının sayı 2.3 min nəfərdən çox idi.[28] Sudanda mövcud olan erməni cəmiyyətinin önəmli hissəsini Türkiyədən, həmçinin Misir və Efiopiyadan bura köçmüş əhalinin varisləri təşkil edirdi.[28] Efiopiya və Misirdə olduğu kimi Sudanda da ermənilər müəyyən dərəcədə yerli məsihi etiqadlı həbəş və kopt kökənli əhali ilə qaynayıb-qarışmışdı.[28] 2003-cü ildə baş vermiş Darfur hadisələri zamanı 300 nəfər erməni əsilli əhali də ödürüldü.[28] Hələ bu hadisəyə qədər ölkədə milliləşdirmə haqqında qanunun qəbulu ilə ermənilər ABŞ, Kanada, Böyük Britaniya, Misir və Fransaya köç etməyə başlamışdılar.[28] Ancaq Darfur hadisələri ilə bu köç kütləvi xarakter almış və beləliklə 2011-ci ilə olan məlumata əsasən ölkədə 50 nəfər erməni əsilli əhali qalmışdır.[28] Qalan əhali isə 60 % yaşlılardan ibarətdir.[28]
Braziliyanın statistika xidmətinin məlumatına əsasən 1885-ci ildə ölkədəki ermənilərin sayı 100 nəfərdən çox deyildi.[29]
Erməni dili Hind-Avropa dilləri ailəsində xüsusi bir qol təşkil edən dildir. Yuxarı Fərat hövzəsində e.ə. 5-ci əsrdən varlığı haqqında mənbələrdə məlumat verilən bu dil b.e. V əsrindən Erməni əlifbası ilə yazıya köçürülmüşdür. Din adamı Mesrop Maştos (361–441) tərəfindən 405-ci ildə yaradılan 38 hərfli bu əlifba inkişaf etdirilərək günümüzə qədər istifadə olunmaqdadır. Mesrop Maştosun bu 38 hərfi yuxusunda gördüyü rəvayət edilir.
Müasir erməni dili mərkəzi İstanbul olmaqla Qərb ermənicəsi və mərkəzi İsfahan olmaqla Şərq ermənicəsinə bölünür. Ermənistanın rəsmi dili Şərq ermənicəsidir. Qərb ölkələrindəki diasporalarda yaşayan ermənilərin dili Qərb ermənicəsidir. Buna baxmayaraq Ermənistanın təsiri ilə son dövrlərdə Qərb erməniləri arasında da Şərq ermənicəsi yayılmaqdadır.
Erməni topluluğu rəvayətlərə görə b.e. 301-ci ilndə "Aydınladıcı" ləqəbiylə anılan Aziz Qriqorun rəhbərliyi ilə xristian dinini qəbul etmişdir. Xristianlar arasında yayılan rəvayətə görə ermənilər xristianlığı bütünlüklə qəbul edən ilk xalqdır. Lakin mərkəzi İstanbul olan Bizans kilsəsi ilə erməni kilsəsi arasında çıxan narazılıqlar və çəkişmələrə görə 452-ci ildə Erməni kilsəsi kotoloik-ortodoks dünyası ilə yolunu ayıraraq beynəlxalq bir məzhəb olaraq fəaliyyət göstərməyə başlayıb. Erməni Apostoloik (Qriqoqyan) Kilsəsi adını daşıyan bu kilsə Qərb mənbələrində (erməni kilsəsinin qurucusu Aziz Qriqoryana ithafən) Qriqoryan Kilsəsi kimi qeyd olunur.
Diyər bir mənbəyə görədə ermənilər xristianlığı 583-cü ildə qəbul ediblər[30] Bununla bağlı Ziya Bünyadovun Gevorq Eminə yazdığı məktubda deyilir: "İlk dəfə olaraq 313-cü ildə albanlar, onlardan sonra isə gürcülər və bizanslılar xristianlığı qəbul ediblər. Ermənilər isə albanlardan 270 il sonra xristian olublar. 313 üstəgəl 270 neçə eləyir? Bəli – 583. Məhz həmin ildə ermənilər xristianlığı qəbul ediblər və deməli, erməni kilsəsinin yaradılmasının 1700 illiyinin qeyd olunması tədbirlərini hələ sonraya saxlamaq lazım gələcək. Belə ki, bu yalnız XXIII əsrdə olacaq!… Hamıya məlimdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Heç olmasa katalikos Avraamın albanlara ünvanlanan məktubunu oxu: bizim erməni taxt-tacından əvvəl olan alban taxt-tacı və s. və i. Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər. Bax, məsələ bundadır!"[31]
Deməli, ermənilərin əksəriyyətinin apostolik kilsəsinə məsub olmağına baxmayaraq burada tarixi saxtakarlıq göz qabağındadır. Bununla bərabər 17-ci əsrdə meydana çıxan az miqdarda katolik və protestant ermənilər də mövcuddur.
V əsrdə Qədim Erməni Çarlığının süqutu ilə erməni apostol kilsəsinə məsub olmaq erməniliyin əsas ünsürü kimi dəyərlədirilməyə başlandı. Beləliklə, erməni apostol kilsəsinə yox, katolik kilsəsinə mənsub olan ermənilər yunan, eləcə də Malazgird döyüşündən əvvəl və sonra İslamı qəbul etmiş ermənilər isə milli kimliklərini itirərək ərəb və türk kimi bilinməyə başlayıb. Osmanlı dövlətində də erməilərin etnik deyil, dini bir toplum olduğu vurğulanmaqdadır.
Bu altbaşlığı genişləndirmək lazımdır. |
1914-cü ildə I. Dünya Müharibəsindən öncə Osmanlı İmperiyasında siyahıya almaya görə bütün imperiya əhalisi 18.520.016 nəfər, İstanbul daxil bütün imperiya ərazisində yaşayan qriqoryan və katolik ermənilərin sayı 1,23 milyon olmuşdur (Qeyd: Qriqoryan ermənilər 1.162.169 nəfər olmaqla).[32] Erməni kilsəsinin vergi qeydlərinin 1913-cü il statistikasına görə bu rəqəm 1.916.000-dir. Qərb mənbələrində isə bu rəqəm 1.600.000 ilə 1.800.000 arasında dəyişir. Cümhuriyyət dövrünün ilk siyahıya almasında (1927) Türkiyədəki ermənilərin sayı 100.000 olaraq göstərilib. Birinci Dünya Müharibəsi dövründə həyata keçən bu böyük say dəyişikliyi erməni mənbələrində adətən Mezu Yeğern (Böyük fəlakət) və ya Çart (Qırım) olaraq adlandırılır və müasir erməni tarixinin dönüş nöqtəsi olaraq qiymətləndirilir. 1965-ci ildən sonra müxtəlif ölkələrdəki erməni diasporaları təbliğat işi apararaq bu hadisəni Erməni soyqırımı kimi tanıtmağa çalışırlar. Lakin tarixi sənədlərdən bəllidir ki, Osmanlıdakı ermənilərin sayının azalmasının səbəbi onların öldürülməsi deyil, Livan, Suriya və digər ərazilərə köçürülməsidir. Hazırda da bu ərazilərdə ermənilər kütləvi şəkildə yaşamaqdadır.
..The Republic of Armenia receives a good deal of financial aid from the diaspora. Estimates suggest that the global Armenian population is 12 million but that only 2.5 million of these live in the Armenian Republic. Today Armenian communities can be found all over the world, with particularly substantial numbers residing in Russia (2 million), the United States (more than 1.5 million), France (700,000), Syria (100,000), and Lebanon (75,000)..
Dışişleri Bakanlığı tarafından TBMM’ye gönderilen rapora göre, Türkiye’de toplam 60 bin Ermeni, 25 bin Musevi ile 3–4 bin civarında Rum asıllı vatandaş yaşıyor ve bunlara ait 270 ibadethane bulunuyor
Erdoğan, mart 2010 'da BBC'ye verdiği bir demeçte, Türkiye'de kaçak olarak çalışan 100 bin kadar Ermenistan vatandaşından bahsetmiş, Ermenistan tasarısı nedeniyle yaşanan krizlerin "Ermenistan'a zarar vereceğini" vurgulamış, gerekirse Türkiye'de yaşayan 100 bin Ermenistan vatandaşının sınırdışı edilebileceğini vurgulamıştı. Başbakan, "Bakın benim ülkemde 170 bin Ermeni vatandaş var; bunların 70 bini benim vatandaşımdır. Ama yüz binin Ermenistan vatandaşını biz ülkemizde şu anda idare ediyoruz. E ne yapacağım ben yarın, gerekirse bu yüz binine 'Hadi siz de memleketinize' diyeceğim; bunu yapacağım. Niye? Benim vatandaşım değil bunlar… Ülkemde de tutmak zorunda değilim" demişti.