Məhəmməd Qocayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmməd Qocayev
bayraq
Gürcüstan KP Mərkəzi Komitəsinin üzvü
bayraq2
14 yanvar 1951 – 3 may 1960
bayraq
Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri
bayraq2
1949 – 1951
SonrakıCamal Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 27 noyabr 1972(1972-11-27)
Vəfat yeri

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Şərəf nişanı" ordeni

Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Borçalı qəzası27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı.

Həyatı

Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə anadan olmuşdur.1917-ci ildə atasını itirən 5yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır.

Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan"kolxozuna sədr seçilir. 1938-ci ildə Borçalı Rayon Tədarük İdarəsinə direktor və rayon istehlak İdarəsinin sədri seçilir. 1939-cu ildə Borçalı Rayonunun Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir. 1940–1945-ci illərdə əvvəl Marneuli, sonra Şulaver maşın-traktor stansiyalarının direktoru olmuşdur. 1946-cı ildə "Sosializm"kolxozunun sədri seçilir. "Sosializm"kolxozunun sədri Məhəmməd Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütüncülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlıq hünərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3may 1949-cu il tarixli Fərmanı ilə Lenin ordeni və "Oraq-Çəkic Qızıl Ulduz" medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1949–51-ci illərdə Marneuli rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, bölgənin yüksəlişi uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir. 1951-ci ildə ikinci Lenin ordeni ilə təltif olunur. 1951–54-cü illərdə Gürcüstan KP MK nəzdində 3illik Ali Partiya Məktəbinə göndərilmişdir. 1954-cü ildə Marneuli yağ-süd zavoduna direktor təyin edilir. 1957-ci ildə "Qırmızı Körpü" maşın-traktor stansiyasının direktoru vəzifəsinə keçirilir. 1963-cü ilə qədər həmin vəzifədə çalışan Məhəmməd Qocayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işgüzarlıq nümayış etdirir. 1963-cü ildə Məhəmməd Qocayev regionun 5 bölgəsinə(Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Salka) xidmət göstərən Taxıl Məhsulu Tədarükü kombinatına baş direktor göndərilir. 1966-cı ildə Məhəmməd Qocayev "Şərəf nişanı" ordeni ilə təltif olunur. 1969-cu ildə Alget tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə göndərilir. 1970–72-ci illərdə Məhəmməd Qocayev Marneuli Baş pendir-yağ-süd zavodunun direktoru vəzifəsində son fəaliyyətini etdirir. Məhəmməd Qocayev həm də görkəmli ictimai-siyasi xadim idi. O, daşıdığı vəzifələrinə və malik olduğu Sosialist Əməyi Qəhrəmanı adına görə Gürcüstan KP MK üzvü seçilmişdir.

İstinadlar