Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmməd Qəmbər oğlu Qocayev (1912, Qaçağan, Borçalı qəzası – 27 noyabr 1972, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi. 1950–1951-ci illərdə Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. Sovet İttifaqı Sosialist Əmək Qəhrəmanı.
Məhəmməd Qocayev | |
---|---|
14 yanvar 1951 – 3 may 1960 | |
1949 – 1951 | |
Sonrakı | Camal Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 1972 |
Vəfat yeri | |
|
|
Təltifləri |
|
Məhəmməd Qəmbər oğlu Qocayev 1912-ci ildə anadan olmuşdur.1917-ci ildə atasını itirən 5yaşlı Məhəmməd, anası Xeyransa Alı qızının himayəsində qalır. 1927-ci ildə Məhəmməd Qocayev komsomol sıralarina qəbul olunur,1929-cu ildə Kəndli Gənclər Məktəbini bitirir. 1930-cu ildə Gürcüstan SSR Maarif Komissarlığının Tbilisidə 6aylıq kursuna daxil olur. Oranı bitirdikdən sonra Borçalı rayonunun Betarabçı kənd dördillik məktəbinə müdir təyin edilir. 1932-ci ildə Qaçağan kənd sovetliyinin katibi, sonra kənd sovet sədrinin müavini seçilir. 1933-cü ildə Borçalı Rayon Partiya Komitəsi Bürosunun qərarı ilə Tbilisi şəhərindəki Zaqafqaziya Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinə təhsil almağa göndərilir.1935-ci ildə Gürcüstan LKGİ MK bürosunun qərarı ilə Borçalı rayon komsomol komitəsində təlimatçı-təbliğatçı vəzifəsinə təyinat alır.
Məhəmməd Qocayev 1936-cı ildə "Gündoğan"kolxozuna sədr seçilir. 1938-ci ildə Borçalı Rayon Tədarük İdarəsinə direktor və rayon istehlak İdarəsinin sədri seçilir. 1939-cu ildə Borçalı Rayonunun Xalq Maarif Şöbəsinin müdiri vəzifəsinə keçirilir. 1940–1945-ci illərdə əvvəl Marneuli, sonra Şulaver maşın-traktor stansiyalarının direktoru olmuşdur. 1946-cı ildə "Sosializm"kolxozunun sədri seçilir. "Sosializm"kolxozunun sədri Məhəmməd Qocayev kənd təsərrüfatı məhsullarının, xüsusilə tütüncülüyün inkişafında göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlıq hünərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 3may 1949-cu il tarixli Fərmanı ilə Lenin ordeni və "Oraq-Çəkic Qızıl Ulduz" medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
1949–51-ci illərdə Marneuli rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, bölgənin yüksəlişi uğrunda hərtərəfli qabiliyyət nümayiş etdirir. 1951-ci ildə ikinci Lenin ordeni ilə təltif olunur. 1951–54-cü illərdə Gürcüstan KP MK nəzdində 3illik Ali Partiya Məktəbinə göndərilmişdir. 1954-cü ildə Marneuli yağ-süd zavoduna direktor təyin edilir. 1957-ci ildə "Qırmızı Körpü" maşın-traktor stansiyasının direktoru vəzifəsinə keçirilir. 1963-cü ilə qədər həmin vəzifədə çalışan Məhəmməd Qocayev kənd təsərrüfatı texnikasının təmiri və bərpası sahəsində yüksək təşkilatçılıq, işgüzarlıq nümayış etdirir. 1963-cü ildə Məhəmməd Qocayev regionun 5 bölgəsinə(Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro, Salka) xidmət göstərən Taxıl Məhsulu Tədarükü kombinatına baş direktor göndərilir. 1966-cı ildə Məhəmməd Qocayev "Şərəf nişanı" ordeni ilə təltif olunur. 1969-cu ildə Alget tərəvəzçilik-südçülük sovxozuna direktor vəzifəsinə göndərilir. 1970–72-ci illərdə Məhəmməd Qocayev Marneuli Baş pendir-yağ-süd zavodunun direktoru vəzifəsində son fəaliyyətini etdirir. Məhəmməd Qocayev həm də görkəmli ictimai-siyasi xadim idi. O, daşıdığı vəzifələrinə və malik olduğu Sosialist Əməyi Qəhrəmanı adına görə Gürcüstan KP MK üzvü seçilmişdir.