Məhəmmədibrahim xan Vəziri-nizam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Təbrizi
Doğum yeri Təbriz
Vəfat yeri Tehran

Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri.

Həyatı

Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi.

Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi.[1]

İstinadlar

  1. Материалы по изучению Востока, 1909, вып.1, ст.171.

Həmçinin bax