Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kamran mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar (22 iyul 1856, Gilan ostanı – 15 aprel 1929, Tehran) — Nasirəddin şahın oğlu, Qacarlar dövlətinin hərbi, sonra baş naziri
Kamran mirzə Qovanlı-Qacar | |
---|---|
Kamran mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Nasirəddin şah Qacar |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kamran mirzə Nasirəddin şah oğlu 22 iyul1856-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Sonra Avropada təhsilini davam etdirmişdi.
1861-ci ildən Paşa xan Əminilmülkün himayəsində, Tehran hakimi Firuz mirzə Nüsrətüddövləni əvəz edir. 1867-ci ildə Nasirəddin şah Xorasana səfər edərkən on bir yaşlı Kamran mirzəni öz yerinə qoydu. On üç yaşında Kamran mirzə artıq Naibüssəltənə tituluna layiq görüldü. Həmin il ona Əmiri — Kəbir ləqəbi də verildi. Bundan sonra Nasirəddin şahın bütün səfərlərində onun yerinə taxta əyləşirdi. Sonra Nəsrəddin şah Tehran (1860–1861 və 1875–1876-cı illərdə), Qəzvin, Gilan (1878–1884-cü illərdə), Mazandaran (1878–1884-cü illərdə), Dəmavənd, Firuzkuh, Qum, Kaşan, Savə, Məlayer, Tuysərkan, Nəhavənd, Astarabad, Şahrud, Bəstam, Damğan, Simnan əyalətlərinin idarə olunmasını Kamran mirzəyə tapşırmışdı.
Kamran mirzə bütün İran qoşunlarına komandanlıq etmişdi. O, eyni zamanda Tehran və İranın digər əyalətlərinin hakimi idi. Hərbi nazir olmuşdu. (1869–1873, 1884, 1896 və 1906–1909-cu illər). Baş nazir vəzifəsini icra etmişdi. (1909-cu idə) 1880-ci ildə Mirzə Hüseyn xan Mürşirüddövlə hərbi nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Kamran mirzə onu əvəz etmişdi.
Nasirəddin şahın üç oğlu — Müzəffərəddin, Sultan Məsud mirzə Zilliüsultan və Kamran mirzə üç ayrı- ayrı arvaddan doğulmuş, xasiyyətləri başqa — başqa idi. Zillüssultan zalım idi və Kamran mirzə onu sevmirdi. Məmmədhəsən xan Etimadüssəltənə öz "Xatirat"ında bu ədavət barədə ətraflı bəhs etmişdi. 1889-cu ildə Nəsrəddin şahın Avropaya üçüncü səfərindən sonra Kamran mirzəyə sərhəng-sərtib-tümən (on min nəfərlik orduya) və Nasirəddin şahın ölümünə qədər əmir noyani (100 min nəfərlik orduya komandan) təyin edilir. Kamran mirzə on ildən sonra — 1908-ci ildə yenidən hərbi nazir təyin olunmuş və tezliklə (1909-cu il) həmin vəzifədən uzaqlaşdırılmışdır.
O, qardaşı nəvəsi Əhməd şahın dövründə (1916-cı il) Xorasana hakim təyin olunmuş və cəmi bir il orada hakim olmuşdur. Tehrana qayıdıb, ömrünün sonunadək istefada olmuşdu. Камран mirzə 1928-ci ildə 75 yaşında vəfat etmiş, Nasirəddin şahın məqbərəsində dəfn edilmişdi.
Kamran mirzə Sürurəddövlə xanımla ailə qurmuşdu. Fətəli mirzə, Sultan Malik mirzə, Sultan Səlim mirzə adlə oğulları, Məsumə xanım, Zəhra xanım adlı qızları vardı.
Kamran mirzə Qovanlı-Qacar İranın 2-ci dərəcəli "Əqdəs", 1-ci dərəcəli "Şiri-Xurşid", Rusiyanın "Müqəddəs Andrey", "Aleksandr Nevski", "Müqəddəs Stansilav", "Ağ Qartal", 1-ci dərəcəli "Müqəddəs Anna", Avstriyanın "Leopold" ordenlərı ilə təltif edilmişdi.