Məhəmmədsadıq xan Kopal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmmədsadıq xan Kopal
Doğum tarixi
Doğum yeri Xoy
Vəfat tarixi
Vəfat yeri Tehran
Fəaliyyəti siyasətçi

Məhəmmədsadıq xan Kopal (1893-1955)—İran hərbçisi.

Həyatı

Məhəmmədsadıq xan Kopal 1893-cü ildə Xoy şəhərində doğulmuşdu. Mirzə Məhəmməd tacirin övladıdır.İbtidai və orta təhsilini Xoy şəhərində alandan sonra İstanbula yollanmışdı. Orda hərbi məktəbə daxil olmuş, artileriyya şöbəsini bitirmişdi. İran ordusunda xidmət etmişdi. Salare-Nizam ləqəbini daşıyırdı.

Pərviz Zare Şahmərəsi yazır: "İran-rus müharibəsi sona çatdıqdan sonra Ziyadoğlulardan bir neçə nəfər Xoya köçdülər. Deyilənə görə general-leytenant Məhəmmməd Sadiq Kupal onlardan qalandır".[1]

Məhəmmədsadıq xan Kopal 1955-ci ildə vəfat edib.

İstinadlar

  1. Pərviz Zare Şahmərəsi, Qacarlar dövründə qarabağlıların siyasət və hakimiyyətdə rolu, "Soy" dərgisi, Bakı, 2010. səh.95.

Xarici keçidlər