Məhəmmədtağı xan Əmir-Əhmədi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmmədtağı xan Əmir-Əhmədi
Məhəmmədtağı xan Yusif xan oğlu Əmir-Əhmədi
Doğum tarixi
Doğum yeri Təbrizəq, Xalxal, Cənubi Azərbaycan
Vəfat tarixi
Fəaliyyəti şair

Məhəmmədtağı xan Yusif xan oğlu Əmir-Əhmədi (1906, Xalxal1942) — Cənubi Azərbaycan şairi, el böyüyü.

Həyatı

Məhəmmədtağı xan Yusif xan oğlu 1906-cı ildə Cənubi Azərbaycanın Xalxal vilayətinin Təbrizəq kəndində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada, sonra mədrəsədə oxumuşdu.

II Dünya Müharibəsi dövründə Cənubi Azərbaycan ruslar tərəfindən yenidən işgal edildi. Məhəmmədtağı xan Şatiranlı, topladığı silahlı gücü ilə dövlətə qarşı ayaqlandı. Özünə aid 800 nəfərdən ibarət süvari gücü ilə Xalxalın mərkəzi olan Heroabadı ələ keçirdi. Bir neçə ay keçdikdən sonra Gilan Jandarma Birliyi rəisi yavər (mayor) Alai, əmrindəki jandarma gücü ilə Xalxal və Tarumdakı üsyanları yatırmaq üzrə hərəkətə keçdi. Çatışma nəticəsində Məhəmmədtağı xan həyatını itirdi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər