Məhəmmədvəli mirzə Fərmanfərma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məhəmmədvəli mirzə Fərmanfərma
Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma
Doğum tarixi 1891 və ya 1890
Doğum yeri
Vəfat tarixi 1983 və ya 1988
Vəfat yeri
Atası Əbdülhüseyn mirzə Fərmanfərma
Fəaliyyəti siyasətçi

Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1891 və ya 1890, Təbriz1983 və ya 1988, Tehran)—Qacar şahzadəsi, İranın ictimai-siyasi xadimi.

Həyatı

Əbdülhüseyn mirzə Fərmanfərmanın üçüncü oğlu Məhəmmədvəli mirzə 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Beyrutda Amerika Universitetini bitirmişdi. Atasının mülklərini idarə edirdi. Məhəmmədvəli mirzə 1916-cı ildən 1917-ci ilədək Təbrizdə maliyyə idarəsində çalışmışdı.

Atası ona tapşırmışdı ki, mülklərini qorumaq üçün məclisdə (parlamentdə) iştirak etsin. O, 4-cü, 5-ci, 6-cı çağırışda məclisə deputat seçilmişdi. 1917-ci ildən 1931-ci ilədək məclisədə vəkil kimi Sərabı təmsil etmişdi. 13-cü, 14-cü çağırışda, 1941-ci ildən 1947-ci ilədək Təbrizin nümayəndəsi kimi məclisdə əyləşmişdi.

Məhəmmədvəli mirzə 1945-ci ildən 1946-cı ilədək Müstəqil Azərbaycan Respublikasının Maliyyə Idarəsinə başçılıq etmişdi. 1946-cı ildə Təbliğat naziri təyin edilmişdi. Məhəmmədvəli mirzə bir ara Əşrəfə xidmət etmişdi.

Ailəsi

Məhəmmədvəli mirzə professor Yəhya Adilin bacısı ilə yaşam qurmuşdu. Səidə xanım və Gülnaz xanım adlı qızları vardı.