Məmə zəlzələsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi[1]. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü[1].

Səbəbləri

2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi[1]:

"Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır".[1]

Cennifer Makkreyt

Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun[1]. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər[1].

Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb[1]. Bu məmələr dünyada zəlzələlərin sayına elə də ciddi təsir etməyib. Əksinə, aprelin 26-dan bu yana dünyada yeraltı təkanların sayı bir az da azalıb[1].

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Bu il kimlər dilinin bəlasına düşdülər? - FOTO Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine. milli.az, 28.12.2010  (az.)

Xarici keçidlər