Məmlan ibn Yəzid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Məmlan ibn Yəzid
Şəxsi məlumatlar
Vəfat tarixi
Dəfn yeri Şamaxı
Atası Yəzid ibn Əhməd

Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı.

Həyatı

Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi.[1] "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur:

"Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər. Məmlanın meyiti Yəzidiyyəyə gətirilərək orada dəfn edildi"

İstinadlar

  1. V.Minorski, Şirvan və Dərbəndin tarixi, 58-59