Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə.
Bürhan Əli | |
---|---|
Bürhanəddin | |
Şirvanşahlar dövlətinin XXXXIV hökmdarı olmağa iddiaçı | |
1548 – 1549 | |
Əvvəlki | Şahrux |
Sonrakı | Mehrab |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası |
Keyqubad ibn Əbu Bəkr ibn İshaq ibn İbrahim yaxud II Xəlilullah |
Uşaqları |
Xələf mirzə Dərbəndi Əbubəkr mirzə Dərbəndi |
Dini | Sünni İslam |
Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi. Sultan onu Şirvanı tutmaq üçün qoşun dəstəsi ilə irəli göndərdi. Lakin gələcək şah II İsmayıl ilə vuruşub məğlub oldu.
Bürhan Əli böyük ordu toplayaraq 1548-ci ilin iyununda Şamaxını ələ keçirərək hökmdarlıq etməyə başladı. O 2 il hakimiyyətdə qaldı. O Qanuniyə yazırdı:"Qərib, baid bilad və nəvahi Sürhsəri (Gəncə, Qarabağ, Muğan kimi Kürün sağ sahilindəki bölgələri) yıxıb-yaxıb hədsiz qarətlər və xəsarətlər və dostanə hərəkət etdim"[1]. Lakin 1549-cu ildə Abdulla xan Ustaclının hücumuna uğradı.
Şərəf xan Bidlisinin sözlərinə görə "Abdulla xan Kür sularını keçəndə Bürhan qəribə təsadüf nəticəsində anadangəlmə xəstəlikdən öldü". Həsən bəy və Şərəf xan Bidlislinin məlumatlarına görə Bürhanəli 1549-cu ildə ölmüşdür. Münəccimbaşıya görə isə Bürhanəli təqribən 1551-ci ildə vəfat etmişdir. Zeynaloğluna görə Bürhanəli 1550-ci ildə dünyadan köçmüşdür. Sara Aşurbəyli də 1549 olduğunu düşünür. Həsən bəy Rumlu xəbər verir ki, Bürhan Əli öldükdən sonra Şirvan zadəganları onun meyidini gizlətmişlər. Lakin Şirvan bəylərbəyliyi Abdulla xan Ustaclı onu tapmış, qəbirdən çıxararaq basını kəsmişdir. Bürhanəlinin özündən sonra Şirvanda hakimiyyət sürə biləcək böyük uşaqları olmamışdır. Ailəsi, azyaşlı uşaqları və qohumları isə Səfəvilərdən qorxaraq Dağıstana qaçdılar.[2]
Bürhan Əli II Xəlilullahın oğlu olduğunu iddia edirdi. Abbasqulu ağa Bakıxanov isə onu I İbrahimin nəbibəsi hesab edir. Belə ki, onun yazdıqlarına görə tam adı "Bürhan Əli ibn Keyqubad ibn Əbu Bəkr ibn İshaq ibn İbrahim" olmuşdur.[3]
Xələf mirzə Dərbəndi və Əbubəkr mirzə Dərbəndi adlı oğulları olmuşdur.
Son numizmatik araşdırmalara görə Bürhan Əlinin 1543-cü ilə aid sikkələri tapılmışdır.[4]