Mənazilül-aşiqin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Mənazilül-aşiqinSeyid Yəhya Bakuviyə aid olan bu əsər 1797 beytdən ibarətdir.

Əsərdə təsəvvüf yolunun saliklərini gözləyən çətin və uzun yolun qət edilməsi üçün lazım olan rəhbər və mənzillər açıqlanır. Həmin mənzillər 40 ədəd olub bunlardır: niyyət, inabət, tövbə, iradə, cəhd, müraqəbə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza ,müvafəkat, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca ,fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf,hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayə, təsəvvüf, qürbətin qürbəti.

Bu əsərin Nuruosmaniyyədəki nüsxəsi “Çehel mənazilü həft iqlim” adı altında qeyd edilmişdir.

Əlyazma nüsxələri

  • Nuruosmaniyyə,4904/2
  • İstanbul Universiteti Mərkəz Kitabxanası,FY.,954/HE.,8194
  • Süleymaniyyə,Əsəd əf.1742/1
  • Manisa Muradiyyə,2906/4
  • Bakı,B-6960/4
  • Millət,Əli Əmiri,farsca əlyazmalar,1044/1