Mançester 62 FK

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mançester 62 FK
Loqonun şəkli
Klubun tam adı Manchester 62 Football Club
Ölkə Cəbəllüttariq Cəbəllüttariq
Ləqəb(lər) Manchester 62
The Red Devils of Gibraltar
Yaranma tarixi 1962
Stadionu Viktoriya stadionu
Cəbəllüttariq Vinston Çörçill prospekti
Tutumu 5000
Prezidenti Cəbəllüttariq Con Çarles Kamilleri
Baş məşqçisi İspaniya Kiko Prieto
Liqa Cəbəllüttariq Premyer liqası
2023/24 6.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Klubun ev oyunlarını keçirtdiyi Viktoriya stadionu

Mançester 62 FK[1]Cəbəllüttariqi təmsil edən futbol komandasıdır. Klubun əvvəlki adı Mançester Yunayted FK-in şərəfinə Mançester Yunayted (Cəbəllüttariq) FK adlandırılmışdır. 2013-14 mövsümündən isə rəsmi olaraq indiki adı ilə adlandırılır. Klubun loqosunun üzərində də ad dəyişikliyi öz əksini tapmışdır. Mançester 62 Fk hal-hazırda Cəbəllüttariq Premyer Liqasında çıxış edir. Klub ev oyunlarını Vinston Çörçill prospektində yerləşən Viktoriya stadionunda keçirir.

Tarixi

Klub 1962-ci ildə Mançester Yunayted FK adı ilə yradılmışdır.[2] Klub öz adını məşhur ingilis adaşının şərəfinə almışdır. Klubun adının istifadəsinə görə icazəni mankunianlardan olan Mett Basbidən almışlar. İcazəni aldıqdan sonra bu addan istifadə etməyə başlamışlar.[3] Klub hal-hazırda Cəbəllüttariq Premyer Liqasında mübarizə aparır[4]. Klub öz oyunlarını Viktoriya stadionunda keçirir.[5] Klubun kapitanı Matteu Reoç 2001-ci ildən Cəbəllüttariq milli futbol komandasında çıxış edir. 2013-cü ildən Cəbəllüttariq FİFA-ya və UEFA-ya üzv olduğundan klub yüksək yer tutarsa, Çempionlar Liqasında və UEFA Avropa Liqasında mübarizə apara bilər.[6]

Adlandırılması

  • 1962–2000 : Mançester Yunayted (Cəbəllüttariq) Futbol Klubu.
  • 2000–2002 : Mançester Yunayted Eurobet Futbol Klubu.[7]
  • 2002–2008 : Mançester Yunayted (Cəbəllüttariq) Futbol Klubu.
  • 2009–2013 : Mançester Yunayted Digibet Futbol Klubu.[8]
  • 2013– : Mançester 62 Futbol Klubu.

Hal-hazırda klubu İspan neft şirkəti olan CEPSAnın Cəbəllüttariqdəki filialı maliyyələşdirir.

Uğurları

  • Cəbəllüttariq Premyer Liqası
    • Birinci Diviziya, Çempionluq: 1975, 1977, 1979, 1980, 1984, 1995, 1999
    • İkinci Diviziya, Çempionluq: 1974
  • Cəbəllüttariq Kuboku
    • Çempionluq: 1977, 1980, 1997,2003

İstinadlar

  1. "Arxivlənmiş surət". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  2. "Arxivlənmiş surət". 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  3. man62fc.com/about/club-history
  4. "Gibraltar 2010/11 RSSF.com". 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  5. "GIBRALTAR – Fussballtempel.net". 2010-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  6. "Gibraltar awarded Champions League qualifying spot - BBC". 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  7. "Gibraltar 2001/02 – RSSSF.com". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  8. "Mens – Gibraltar Football Association". 2011-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.

Xarici keçidlər