Mançester 62 FK | ||||
---|---|---|---|---|
Klubun tam adı | Manchester 62 Football Club | |||
Ölkə | Cəbəllüttariq | |||
Ləqəb(lər) |
Manchester 62 The Red Devils of Gibraltar |
|||
Yaranma tarixi | 1962 | |||
Stadionu |
Viktoriya stadionu Vinston Çörçill prospekti |
|||
Tutumu | 5000 | |||
Prezidenti | Con Çarles Kamilleri | |||
Baş məşqçisi | Kiko Prieto | |||
Liqa | Cəbəllüttariq Premyer liqası | |||
2022/23 | 8. | |||
| ||||
Rəsmi saytı |
Mançester 62 FK[1] — Cəbəllüttariqi təmsil edən futbol komandasıdır. Klubun əvvəlki adı Mançester Yunayted FK-in şərəfinə Mançester Yunayted (Cəbəllüttariq) FK adlandırılmışdır. 2013-14 mövsümündən isə rəsmi olaraq indiki adı ilə adlandırılır. Klubun loqosunun üzərində də ad dəyişikliyi öz əksini tapmışdır. Mançester 62 Fk hal-hazırda Cəbəllüttariq Premyer Liqasında çıxış edir. Klub ev oyunlarını Vinston Çörçill prospektində yerləşən Viktoriya stadionunda keçirir.
Klub 1962-ci ildə Mançester Yunayted FK adı ilə yradılmışdır.[2] Klub öz adını məşhur ingilis adaşının şərəfinə almışdır. Klubun adının istifadəsinə görə icazəni mankunianlardan olan Mett Basbidən almışlar. İcazəni aldıqdan sonra bu addan istifadə etməyə başlamışlar.[3] Klub hal-hazırda Cəbəllüttariq Premyer Liqasında mübarizə aparır[4]. Klub öz oyunlarını Viktoriya stadionunda keçirir.[5] Klubun kapitanı Matteu Reoç 2001-ci ildən Cəbəllüttariq milli futbol komandasında çıxış edir. 2013-cü ildən Cəbəllüttariq FİFA-ya və UEFA-ya üzv olduğundan klub yüksək yer tutarsa, Çempionlar Liqasında və UEFA Avropa Liqasında mübarizə apara bilər.[6]
Hal-hazırda klubu İspan neft şirkəti olan CEPSAnın Cəbəllüttariqdəki filialı maliyyələşdirir.