Mannı halvası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mannı halvası

Mannı halvası, manna yarmasının un, şəkər, yağ (marqarin və ya kərə yağı) və istəyə görə ağac fıstığı, su və süd kimi digər qatqılarla qovulması nəticəsində hazırlanmış bir Türk mətbəxinə məxsus desertdir. İsti və ya soyuq şəkildə yeyilə bilər. Nisbətən aşağı kalorili olan manna yarması liflə zəngindir.

Hazırlanması

Kərə yağı əridilir və ağac fıstığı qovrulur. Daha sonra mannı əlavə edilir və mannının rəngi qaralıncaya qədər davamlı qarışdırılaraq qovurma prosesi davam etdirilir. Ayrı bir qazanda su, şəkərsüd qarışdırılıb qaynadılır və şərbət hazırlanır. Qaynadılmış mannının üzərinə isti şərbət tədricən davamlı qarışdırılaraq əlavə edilir. Zəif odda 10 dəqiqə bişirilir, sonra dincəldilir və süfrəyə verilir.