Materik yer qabığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Materik yer qabığının qalınlığı

Materik yer qabığı  — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranitbazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir.[1]

Quruluşu

Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir. Qranit qatın yaşı daha qədimdir. Ehtimal olunur ki, qranit qat 3 milyard il öncə formalaşıb. Üçüncü qat bazalt qatı adlanır.

Yaşı

Materik qabığı okean yer qabığından daha qədimdir. Okean yer qabığının yaşı 200 milyon ili keçmir. Materik yer qabığının 7 % - nin yaşı 2,5 milyar ildir. Bəzi bölgələrdə isə mineralların yaşı 4,4 milyar ilə çatır [1].

Həmçinin bax

Ədəbiyyat

  • Хаин В. Е, Ломизе М. Г. Геотектоника с основами геодинамики: Учебник. — 2-е изд., испр. и доп. — М.: КДУ, 2005. — 560 с., 16 с. цв. ил.: ил.

İstinadlar

  1. 1 2 Hawkesworth C. J.; və b. "The generation and evolution of the continental crust". Journal of the Geological Society. London. 167. 2010: 229–248. doi:10.1144/0016-76492009-072. (#explicit_et_al)