Maxaon (mifologiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Maxaon
Yunanca adı (Μαχάων)
Cinsi kişi[d]
Fəaliyyəti Təbib-cərrah, döyüşçü
Atası Asklep
Anası Epion
Qardaşı və bacısı Higeya, Panakeya, İaso
Arvadı Yelena (nişanlısı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maxaon (yun. Μαχάων) — qədim yunan mifologiyasında məşhur təbib[1], təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Dövrünün cərrahı[2], Yelenanın nişanlısı[3]. O, qardaşı Podaliriylə birlikdə, 30 gəmi ilə Troya uğrunda döyüşə qatılmış[4], həm döyüşçü, həm də təbib kimi böyük şücaətlər göstərmişdir. Sağlamlıq ilahəsi Higeyanın qardaşı. Aleksanora[5], Sfira[6] və Polemokratın [7] atası. Karl Linney onun şərəfinə yelkənlilər ailəsindən olan kəpənəyə onun adını - Papilio machaon, 1758 - vermişdir.

İstinadlar

  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.125, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.322
  2. Арктин. Разрушение Илиона, фр.4 Бернабе
  3. Гигин. Мифы 81
  4. Гомер. Илиада II 732
  5. Павсаний. Описание Эллады II 11, 6
  6. Павсаний. Описание Эллады II 23, 4
  7. Павсаний. Описание Эллады II 38, 6