Asklepi (yun. Ἀσκληπιός, kəsib yaran, lat. Aesculapius) — qədim yunan mifologiyasına görə təbib, təbabət tanrısı. Tanrı Apollon və çariça Koronidin[2] oğlu. Adətən əsaya dolanmış ilanla təsvir edilir. İnsan kimi dünyaya gəlmiş, sonradan yüksək təbabət bilicisi olduğu üçün ölməzliyə, tanrı rütbəsinə layiq görülmüşdür.
Asklepi | |
---|---|
Mifologiya | Yunan |
Adının izahı | Kəsib yaran |
Yunanca adı | Ἀσκληπιός |
Latınca adı | Aesculapius |
Cinsi | kişi[d][1] |
Atası | Apollon |
Anası | Koronid |
Uşaqları |
Qızları:Higeya, Panakeya, İaso Oğlanları:Telesfor, Podaliriy, Maxaon |
Atributlar | Əsaya (çomağa) dolanmış ilan |
Vikianbarda əlaqəli mediafayllar |
Əfsanəyə görə Asklepi Apollonun çar Flegiyanın qızı çariça Koroniddən[3] olan oğludur. İsxiyə nişanlı olmasına baxmayaraq Apollondan Asklepiyə hamilə qalan Koronid bu halından çox utanaraq heç kimə heç nə deməməyi qərara alır. Toy günü İsxiyə evlənmə xəbərini ağ qarğa uçub Delfə gələrək Apollona çatdırır. Qarğanın ona gətirdiyi bu xəbərdən qəzəblənən Apollon oxu ilə İsxini öldürür və bacısı Artemidaya Koronidi öldürməyi tapşırır. Koronid və qarğanı (rəvayətə görə əvvəllər lələkləri ağ olan qarğalar alovun hisindən qaralaraq indiki rəngini alır.) oda atırlar. Apollon (ya da Hermes[4]) alovun içindən Asklepini xilas edərək onu Pelion dağına gətirərək böyütmək və tərbiyəsi ilə məşğul olması üçün kentavr Xirona verir.[5]. Sokrata görə Asklepinin valideynləri məlum deyildir. O, atılmış halda ovçu tərəfindən tapılmış, it südü ilə əmizdirilmiş və sonra Xirona verilmişdir. Təbabətin sirlərini o, Xirondan öyrənmişdir.[6].
Kentavr Xirondan təbabətin sirlərini öyrənən Asklepi tezliklə Yunanıstanda məşhurlaşır. Dörd bir tərəfdən onun yanına xəstələr çarə tapmaq üçün gəlirlər. Yunanlar Asklepini qədimdə qəhrəmanlara aid etsələr də, sonrakı dövrlərdə ona təbabət tanrısı kimi sitayiş etmişlər. Asklepinin ölüləri diriltmək bacarığına malik olması onun Persey tərəfindən başı kəsilmiş Qorqona Meduzanın insanları həm diriltmək, həm də öldürmək gücünə malik qanına yiyələnməsilə izah edilir.
Asklepi elmi sayəsində ölüləri diriltmək qabiliyyəti əldə edir. Beləliklə də yer üzündə insanlar ölməzlik əldə etmiş olduqlarından daha ölmürlər. O buna Afinadan aldığı Qorqona Meduzanın bədəninin sağ tərəfinin qanı hesabına nail olurdu.[7]. Ölüm tanrısı Tanatos bundan narahat olub Zevsə Asklepinin dünya qaydalarını pozmasından şikayət edir. Zevs də onunla razılaşır ki, insanlar da tanrılar kimi ölməz olsalar onda onlardan seçilməzlər və o, çaxdırdığı ildrımla onu öldürür.[8] Lakin Asklepi tale ilahələri moyraların köməyi ilə dirilərək geri dönür[9] və ölməz təbabət tanrısına cevrilir.
Qızları: Higeya (sağlamlıq), Panaseya (dəva-dərman, əlac), İaso (müalicə)
Oğlanları: Telesfor, Podaliri, Maxaon
Oğlanları Telesfor və Maxaon Troya müharıbəsində həm döyüşçü, həm də təbib kimi iştirak etmişdilər.