Mayda Mehmedoviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mayda Mehmedoviç
Ümumi məlumatlar
Tam adı Mayda Mehmedoviç
Doğum tarixi 25 may 1990(1990-05-25) (33 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 171 sm
Çəkisi 67 kq[1]
Mövqeyi winger[d]

Mayda Mehmedoviç (25 may 1990, Bar) — Monteneqronu təmsil edən həndbolçu.[2]

Karyerası

Mayda Mehmedoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.

Daha sonra Mayda Mehmedoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.

Həmçinin bax

İstinadlar

  1. Olympedia (ing.). 2006.
  2. "Mayda Mehmedoviçin tərcümeyi-halı  (ing.)". www.sports-reference.com. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2019-cu il.