Mazım

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mazım
Ölkə
Mənsəbi Qanıxçay
Uzunluğu
  • 39 km
Hövzəsinin sahəsi 326 km²

Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.[1]

İstinadlar

  1. Mazım // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər