Meşә unutma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Meşә unutma
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Meşә unutma
Beynəlxalq elmi adı

Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.)

Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir.[1]

Yarpaq

Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar.[1]

Çiçək

Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır.[1]

Meyvə

Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır.[1]

Çiçəkləməsi

(Aprel) May-Avqust[1]

Meyvə verməsi

İyun- Avqust[1]

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk. dağ.. Aşağıdan dağ qurşağından subalp qurşağına qədər.[1]

Yaşayış mühiti

Meşələrdə və kolluqlarda, subalp çəmənlərində, qayalıqlarda rast gəlinir[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax